Accessibility links

Tramp ABŞ-Cənubi Koreya “müharibə oyununu” sonlandırmaq istəyir [Video]


Tramp ABŞ-Cənubi Koreya “müharibə oyununu” sonlandırmaq istəyir
please wait

No media source currently available

0:00 0:02:37 0:00

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında Sinqapurda baş tutan tarixi zirvə görüşündən sonra Amerikanın Səsinə müsahibə verən prezident Tramp bildirib ki, o onillərdir davam edən ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərini dayandırmaq istəyir.

"Biz müharibə oyunlarından imtina edəcəyik. Çünki bu, olduqca baha başa gəlir. İlk öncə bunlar təhrikedicidir. Onlar da buna sevindilər. Onlar üçün də bu, bahadır. Amma bunun xeyri var. Nə qədər ki, xoş məramla müzakirələr keçiriləcək, buna ehtiyac qalmayacaq."

Bəzi ekspertlər ABŞ prezidentinin birgə təlimləri Çin və Şimali Koreyanın xarakterizə etdiyi şəkildə təsvir etməsindən təəccüblənib.

“O özünün təhrikedici adlandırır. Məncə bunu indiyə qədər heç bir Ameika prezidenti etməmişdi. Bu hər zaman müdafiəyə meyllilik hesab edilib."- deyə, Koreya İqtisadi İnstitutunun nümayəndəsi Kayli Ferriyer bildirib.

Hökumət sözçüsünün, "Prezident Trampın sözlərinin dəqiq mənası və niyyətini müəyyən etmək lazımdır" deməsi Cənubi Koreya tərəfinin də bu qərardan təəccübləndiyini göstərir.

ABŞ-ın Koreyadakı hərbi sözçüsü jurnalistlərə bildirib ki, qoşunlar "təlimin icrası və ya sonlandırılması haqqında” məlumat almayıblar və mövcud hərbi kursun dəyişdirməsi ilə bağlı rəsmi qərar verilməyənə qədər hazırkı vəziyyəti davam etdirəcəklər.

Bəzi analitiklər Trampın hərbi əməliyyatları sonlandırmaq qərarını geri çəkilmək və güzəştə getmək kimi qəbul edir.

“Bu ilin əvvələrinə nəzər yetirsəz görərsiz ki, Kim Conq Un hərbi əməliyyatların davam etdirilməsinin qanuni vacibliyini anladığına ifadə edən bəyənatla çıxış etmişdi. İndi isə bir neçə aydan sonra Tramp deyir ki, bu təlimləri sonlandırmalıyıq. Şimali Koreya tərəfindən ciddi bir hərəkət olmadan hadisələrin gedişatında böyük dəyişikliklər baş verir.” - deyə, Koreya İqtisadi İnstitutunun nümayəndəsi Kayli Ferriyer bildirib.

Digərləri isə son məqsədin nüvəsizləşdirmə olduğu üçün bu seçimi cəsarətli addım kimi alqışlayırlar.

“Belə qərarlar güzəştə getməkdən daha çox fasilə verməkdir. Biz təlimlərə davam etdiyimiz müddətdə heç bir güzəştə getməmiş oluruq və bizim artmaqda olan imkanlarımız var. Amma əgər bu sonda təhlükənin azalmasına və sülh müqaviləsinin əldə olunmasına gətirib çıxararsa bu da Amerikanın mənfəətinədir." - deyə, keçmiş hərbiçi Danile Deyvis qeyd edib.

Hələlik isə Tramp Kimin nüvəsizləşdirmə ilə bağlı hansı addımlar atacağını görənə qədər yarımadadakı ABŞ hərbi əsgərlərinin sayında hər hansı bir dəyişiklik olması müzakirə mövzusu deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG