Accessibility links

Trampın Ali Məhkəməyə namizədi partiyalararası çəkişmələrə səbəb olub [Video]


Trampın Ali Məhkəməyə namizədi partiyalararası çəkişmələrə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Vaşinqtonda artıq prezident Donald Trampın Ali Məhkəməyə namizədi, federal hakim Brett Kavanonun təsdiqi ilə bağlı mübarizə başlayıb. Respublikaçılar Kavanonu dəstəkləyir və onu Ali Məhkəməni daha mühafizəkar istiqamətə çəkəcəyinə ümid edir. Demokratlar isə buna qarşı mübarizə aparcaqlarına söz verib, çünki onlar Kavanonun Ali Məhkəməyə daxil olmasından sonra məhkəmənin abort və geylərin hüquqları ilə bağlı mühüm qərarları ləğv edəcəyindən narahatdır.

Ali Məhkəməyə namizəd Brett Kavano vitse-prezident Mayk Penslə Kapitoliyə gedib və orada Senatın çoxluq lideri Mitç Makkonnellə görüşüb.

Məncə prezident çox gözəl nominasiya irəli sürüb və biz onun təsdiq prosesini səbirsizliklə gözləyirik. Bu proses bir neçə həftə içində başlayacaq.
Mitç Makkonnel

“Məncə prezident çox gözəl nominasiya irəli sürüb və biz onun təsdiq prosesini səbirsizliklə gözləyirik. Bu proses bir neçə həftə içində başlayacaq”-deyə o, bildirib.

Prezident Tramp Kavanonun namizədliyini bazar ertəsi Ağ Evdə açıqlayıb.

“Vacib olan hakimin siyasi möqveyi deyil, mühüm olan onun bu möqvqeyi kənara qoyub, qanun və Konstitusiyaya uyğun qərar verə bilməsidir”, Tramp deyib.

Kavano hazırda federal hakimdir və daha öncə prezident Corc Buş dövründə Ağ Evdə işləyib.

“Hakim tarix, ənənə və presedentdən xəbərdar olaraq, qanunları və Konstitusianı,yazıldığı kimi interpretasiya etməlidir”-, deyə Brett Kavano bildirib.

Demokratlar dərhal Kavanonun namizədləyinə qarşı mübarizə aparacaqlarına işarə edib.

Onlardan biri Senatın demokrat lideri Çak Şumerdir.

Çak Şumer və Brett Kavano
Çak Şumer və Brett Kavano

“Qadınların sağlamlığı, LGBT hüquqları, ətraf mühit qanunlarının qeydinə qalan hər bir amerikalıya demək istəyirəm ki, indi mübarizə aparmaq vaxtıdır”, Şumer deyib.

Əgər təsdiq olunsa Kavano təqaüdə çıxan hakim Antoni Kennedini əvəzləyəcək.

Kennedi abort və geylərin hüquqları kimi mühüm məsələlərdə məhkəmənin azlıqda olan liberal hakimləri ilə eyni qərarı verdi.

Təhlilçi Con Fortier:

“Hər iki tərəf üçün bu məsələ çox mühümdür. Məhkəmə indi 5-4 fərqi ilə mühafizəkar çoxluq təşkil edir, amma Antoni Kennedi hər zaman “dəyişkən hakim” idi, yəni bir çox mühüm məsələdə mühafizəkarların əvəzinə liberalların mövqeyini dəstəkləyirdi”.

Hər iki tərəf üçün bu məsələ çox mühümdür. Məhkəmə indi 5-4 fərqi ilə mühafizəkar çoxluq təşkil edir, amma Antoni Kennedi hər zaman “dəyişkən hakim” idi, yəni bir çox mühüm məsələdə mühafizəkarların əvəzinə liberalların mövqeyini dəstəkləyirdi
Con Fortier

Hüquq üzrə ekspert Conatan Törlinin dediyinə görə, Demokratlar narahatdır ki, Ali Məhkəmədə mühafizəkar hakimlərin çoxluq təşkil etməsi nəticəsində məhkəmənin Roe v. Wadeadı ilə tanınan tanınmış abort haqları qərarı ləğv oluna bilər.

Steysi Hokin deyir ki, Respublikaçılar Senatda sadəcə kiçik üstünlüyə sahib olsalar da, Demokratlar Kavanonun namizədliyinin qarşısını almaqda çətinlik çəkəcək.

“Onların yeganə ümidi o ola bilər ki, bu məsələ sadəcə ara seçkilər deyil, 2020-ci ildə keçiriləcək prezident seçkilərində də gündəmə gələcək və Demokratlar bu seçkilərdə Ali Məhkəmə məsələsindən əsas seçki mövzusu kimi istifadə edəcək”, o söyləyir.

Respublikaçılar oktyabr ayında Ali Məhkəmənin yeni sessiyası başlayanadək Kavanonun namizədliyini təsdiq etmək istəyirlər.

XS
SM
MD
LG