Accessibility links

Trampın Baltimoru tənqid etməsi mübahisəyə yol açıb


ABŞ prezidenti Donald Trampın tənqidçiləri ilə son mübahisəsi əksəriyyəti Afro-Amerikalılardan ibarət Baltimor şəhəri üzərində cəmləşib. Ağ Ev rəsmilərinin yazışmasına çıxış əldə etməyə çalışan qüdrətli Konqres komitəsinin rəhbəri Elaycah Kamminqzi tənqid edən Tramp konqresmenin təmsil etdiyi dairədə sosial-kriminal durumun bərbad olduğunu yazıb.

Bazar ertəsi yazdığı tvitlərdə Tramp həmçinin vətəndaş hüquqları fəalı və anti-Tramp mövqeyi ilə tanınan Al Şarptonu hədəf alıb.

"O, uşaq kimidir. Kim nəsə deyirsə, ona reaksiya verir," Şarpton Baltimorda bildirib. “Ancaq onun qaradərililər və irqi azlıqlar üçün xüsusi zəhəri var.”

Prezident Tvitterdə qaradərili və hazırda 13-cü dönəm konqresmen Kamminqzi “qəddar bulli” adlandıraraq onun seçki dairəsini “iyrənc, siçovul və siçanlarla dolu qarmaqarışıqlıq” kimi təsvir edib.

Tənqidi xarakterli tvitlər şənbə günündən başlanaraq bazar ertəsinədək davam edib.

Baltimor rəsmiləri və bir sıra Demokrat siyasətçilər Trampın Baltimor haqda dediklərinə cavab verərək bəzi hallarda prezidenti irqçilikdə günahlandırıblar.

Hərçənd ki, Baltimorda cinayət səviyyəsi yüksəkdir, Sent Luis, Çikaqo və Memfis kimi digər şəhərlər statistik baxımdan daha təhlükəli sayılır.

Bu yaxınlarda keçirilən dinləmələrdə Nümayəndələr Palatasında Nəzarət Komitəsinin sədri Kamminqz Daxili Təhlüksəzilik Nazirliyinin əvzləyici direktoru Kevin McAlinanın ABŞ-Meksika sərhədində saxlanma mərkəzlərinin durumuna görə danlayıb və sərhəd regionlarında valideynlərin uşaqlarından ayrılması hallarına diqqət çəkib.

Konqresmen Elaycah Kamminqz
Konqresmen Elaycah Kamminqz

Kamminqzin komitəsi habelə Trampın prezidentliyini araşdıran qanunverici qurumlardan biridir.

Lakin 100-dən çox Demokrat qanunvericidən fərqli oalraq Kamminqz Trampın impiçmentinə səsləməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG