Accessibility links

Trampın Baydenin inaqurasiyasından öncə Vaşinqtonu tərk edəcəyi gözlənilir


Prezident Donald Tramp çərşənbə günü səhər, prezident secilmiş Co Baydenin inaqurasiyasınıdan qısa müddət öncə Vaşinqtonu tərk edərək, Floridaya yola düşəcək.

Məsələ ilə yaxından tanış olan və Trampın planlarını rəsmi olaraq açıqlanmadığı üçün adının anonim qalmasını istəyən mənbənin verdiyi məlumata görə, o, Andrews Birləşmiş Hərbi Hava Bazasında keçiriləcək mərasim ilə yola salınacaq. Rəsmilər dövlət səviyyəsində ziyarətə bərabər qırmızı xalı, hərbi orkestin və bayraqdarların iştirakı ilə təntənəli bir mərasim keçirməyi nəzərdən keçirirlər.

Tramp aylarla yanlış seçki saxtakarlığı iddiaları irəli sürəndən sonra ənənəni pozaraq Baydenin inaqurasiyasında iştirak etməyəcəyini elan edib. Onun əvəzinə andiçmə mərasiminə Vitse-prezident Mayk Pens qatılacaq.

Tramp Vaşinqtonu zorakı caxnaşmanı qızışdırmaqda ittiham olunandan və nəticədə tərəfdarlarının hakimiyyətin dinc şəkildə ötürülməsinin qarşını almaq üçün Kapitoliyə zorla daxil olmalarından iki həftə sonra tərk edəcək.

Trampın gələcək planları ilə bağlı qərar verənə qədər müşavirlərindən ibarət kiçik bir qruplar Floridada qalacağı gözlənilir.

XS
SM
MD
LG