Accessibility links

Trampın hesabat məruzəsi - prezident güzəştə getmir


Trampın hesabat məruzəsi
please wait

No media source currently available

0:00 0:03:31 0:00

ABŞ prezidenti Donald Tramp hakimiyyəti dövründə Konqres qarşısında ölkədə vəziyyətə dair ikinci hesabat məruzəsi ilə çıxış etdi. Bir saat yarım davam edən nitq zamanı prezident ölkə iqtisadiyyatı, qeyri-qanuni immiqrasiya, təhlükəsizlik, ticarət razılıqları və digər mövzulara toxundu. Prezident Tramp Amerikanın 20-ci əsrdə əldə etdiyi nailiyyətləri xüsusi vurğuladı və onu 2016-cı ildə prezident seçki kampaniyası və Rusiya arasında mümkün əlaqələri araşdıran təhqiqatı tənqidlərə məruz qoydu.

Prezident Tramp ənənəni pozaraq, hesabat məruzəsinə demokrat spiker Nensi Pelosinin onu təqdim etməsini gözləyəndən sonra başladı. Przident və spiker son həftələr siyasi çəkişmələrin mərkəzində idi.

“Biz qisas, müqavimət və cəzalandırma siyasətindən imtina etməliyik.”

Prezident nailiyyətlərini sadaladı.

“Dünyada heç bir yerdə elə bir şey yoxdur ki, Amerika ilə rəqabət apara bilsin.”

Məruzədə Tramp demokratlarla mübahisənin mərkəzində olan mühacirət məsələsinə toxundu. Demokratlar onun sərhəddə divarın inşasına 5 milyard dollar ayrılması təklifini rədd edir.

ABŞ prezidenti Donald Tramp: “Əvvəllər buradakı adamların çoxu divara səs vemrişdi, lakin lazımi divar inşa edilməmişdi. Mən onu tikəcəm.”

Divarla bağlı mübahisə hökumətin 35 gün bağlanmasına səbəb olmuşdu. Fevralın 15-nə qədər razılıq əldə edilməsə, hökumət yenidən bağlana bilər.

Corc Vaşintqon universitetinin təhlilçisi Todd Belt: “O, demokrarların eşitmək istədiyi heç bir şey söyləmədi. O heç bir təklif irəli sürmədi, heç nə vəd etmədi və güzəştə getmədi. Mən onun həllə yaxınlaşdığını düşünmürəm.”

Demokrat partiyasının qadın qanunvericiləri qadınların səsvermə hüququ əldə etməsinə gətirib çıxarmış hərəkatın rəmzi olaraq ağ geyimdə idi.

Onların çoxu prezidentin çıxışı zamanı əl çalmırdı. Yalnız bir istisna Trampın mübahisələrə son qoyulması üçün etdiyi jest olaraq, qadınların səsvermə hüququnu əldə etməsindən 100 il sonra Konqresə rekord sayda qadının seçildiyni dediyi vaxt oldu.

Xarici siyasət sahəsində Tramp Venesuelada rejim dəyişikliyinə dəstək bildirdi. O, Çinlə ticarət müharibəsi, ABŞ-ın Rusiya ilə nüvə sazişindən çıxması, Şimali Koreya ilə gərginliyn azaldılması və İrana qarşı təzyiqlərin artırılması kimi nailiyyətlərini sadaladı.

Tramp infrastrukturun gücləndirilməsi, valideynlərə ödənişli məzuniyyət verilməsi, səhiyyə xidmətlərinə görə xərclərin azaldılması, QİÇS xəstəliyinə səbəb olan HİV virusunun və uşaqlar arasında xərçəng xəstəliyinin aradan qaldırılması kimi təkliflərlə çıxış etdi. Prezident eyni zamanda hamiləliyin sonuncu mərhələsində abortların qadağan edilməsinə dair qanunvericiliyin qəbul edilməsi kimi onun elektoratı üçün mühüm məsələlərə toxundu və 2016-cı ildə seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələrə dair təhqiqatı tənqidlərə məruz qoydu.

“Sülh və qanunvericilik olacaqsa, müharibə və təhqiqat ola bilməz.”

Noyabr ayında Corciya ştatında qubernator seçkilərində məğlub olan demokrat Steysi Abrams demokratların hesabat məruzəsinə cavabı ilə çıxış etdi.

“Biz hər kəsin səs verməsinə imkan verilməsi və o səsin hesablanmasını siyasi üstünlük kimi təqdim edən sinizmi rədd etməliyik.”

Abrams nikah bərabərliyi, səhiyyə xidmətləri və irqçiliyin qarşısının alınması kimi partiyasının proqramının əsas müddəalarını göstərdi.

Siyasi təhliçli Şerri Bebitç: “Fikrimcə, mesaj bundan ibarət idi ki, Demokrat partiyası bu gün qadının, siyasətçilər arasından çıxmayan fərqli irqə mənsub qadının təmsil olunduğu partiyadır.”

Hesabat məruzəsində bir qeyri-adi və ilk dəfə baş verən məqam da oldu. Qanunvericilər prezidentin qonaqlarından biri, Holokost soyqırımında və Pittsburq sinaqoqunda silahlı hücum zamanı sağ qalmış Cuda Sametin 81 yaşının tamam olması münasibətilə ona təbrik mahnısı oxudu.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG