Accessibility links

Trampın Kəşmirlə bağlı təklifi Hindistanda qəzəblə qarşılanıb


Hindistanda parlament binası
Hindistanda parlament binası

ABŞ prezidentinin Hindistanın baş nazirinin xahişi ilə islamabad və Dehli arasında uzunmüddətli Kəşmir mübahisəsinin həlli üçün vasitəçilik edə bilməsini deməsi siyasi təlatümə yol açıb.

Prezident çox aydın şəkildə əgər Hindistan və Pakistan xahiş etsə, yardıma hazır olduğunu bildirib

"Sizi baş nazirin ABŞ prezidentinə belə bir xahişlə müraciət etmədiyində qəti şəkildə əmin edə bilərəm" - deyə, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar qəzəbli parlament üzvlərinə bildirib.

Müxalifət lideriləri baş nazir Modidən ölkənin Kəşmirlə bağlı siyasətində dəyişiklik olmayacağına dair şəxsi bəyanat tələb edir.

Donald Tramp Kəşmirlə bağlı fikrini Pakistanın baş naziri İmran Xanla Ağ Ev görüşü zamanı verib.

Prezidentin təklifi Hindistan tərəfindən qəzəblə qarşılanıb. Belə ki, Hindistan üçüncü bir tərəfin münaqşənin həllində iştirakının qəti əleyhinədir.

“Prezident çox aydın şəkildə əgər Hindistan və Pakistan xahiş etsə, yardıma hazır olduğunu bildirib” - deyə, Tramp administrasiyasının rəsmisi, dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə yardımçısı Alis Uells bildirib.

Müsəlman çoxluğa malik olan Kəşmir Hindistan və Pakistan arasında bölünüb. Hər iki ölkə bu əraziyə iddia edir.

Bu iki ölkə 1947-ci ildə Britaniyadan ayrılaraq müstəqillik əldə etdikdən bəri Kəşmirə görə 3 dəfə müharibə aparıb.

XS
SM
MD
LG