Accessibility links

Trampın keçmiş şəxsi vəkili Maykl Kohenin həbs cəzasına start verilib


ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Maykl Kohenin həbs cəzasına start verilib. Kohen seçki kampaniyasında maliyyə pozuntuları və Konqresə yalan söyləməklə əlaqədar olaraq üç illik həbs cəzası alıb.

Kohen xüsusi prokuror Robert Müllerin Rusiya təhqiqatında əsas şahidlərdən biri idi. Təhqiqatın diqqət mərkəzində Trampın 2016-cı ildə prezident seçki kampaniyası və Rusiya arasında mümkün əlaqələrin olub-olmadığı məsələsi dururdu. Kohen təhqiqat çərçivəsində Trampın yaxın daxili çəvrəsində həbsə məhkum edilmiş ilk şəxsdir.

Maykl Kohen Nyu-Yorkda federal münsiflər məhkəməsinə bildirib ki, o, seçki kampaniyanın maliyyə qanunlarını pozmaq qərarını təkbaşına deyil, o zaman prezidentliyə namizəd olan Trampın göstərişi ilə verib.

Vəkillik peşəsindən uzaqlaşdırılan Kohen Trampın namizədliyi dövründə iki qadını onunla əlaqəsi ilə bağlı susdurmaq üçün pul ödədiyində də ittiham edilir.

Kohen aktrisa və porno ulduzu Stormi Danielsə Trampla əlaqəsi barədə susmaq müqabilində 130 min dollar məbləğində vəsait ödəyib.

O, Nyu-York şəhərini tərk edərkən cəza müddəti başa çatanadək ölkəsinin ksenofobiya, ədalətsizlik və ölkə başçısının yalanları olmayan bir ölkə olacaqğına ümid etdiyini bildirib.

Kohen deyib ki, söylənilməyən çox şey var və mən həqiqətləri bölüşəcəyim günü səbirsizliklə gözləyirəm.

XS
SM
MD
LG