Accessibility links

Trampın keçmiş vəkili Konqres qarşısında ifadə verəcək


ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Kohen cümə axşamı bildirib ki, o, gələn ay Konqresin açıq sessiyasında panel qarşısında ifadə verəcək. Bu, onun Konqresə yalan danışmaq və digər ittihamlar səbəbilə həbs müddətinə başlamasından bir neçə həftə öncəyə təsadüf edir.

Ötən ildən bəri prokurorlara Trampla bağlı saatlarla ifadə verən Kohen yaydığını bəyanatda deyib ki, o, “baş verən hadisələrlə bağlı tam və etibarlı məlumatlar paylaşması üçün ona belə bir platformanın təqdim edilməsini səbirsizliklə gözləyir”.

Kohen fevralın 7-də Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verəcək. Bu məlumatı komitəsinin yeni demokrat sədri nümayəndə Elayca Kamminqs yayıb.

Kamminqs deyib ki, o, Ağ Ev və Tramp Təşkilatından Kohenin Trampla cinsi münasibətlərinin olduğunu söyləyən qadınların susmaları üçün pul ödədiyini sübut edən sənədləri onlara təqdim etmələrini tələb edib.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat sədri Adam Şiff deyib ki, o, Kohenlə Rusiyanın müdaxiləsi ilə bağlı qapalı sessiyanın təşkilini ümid edir.

Tramp isə cümə axşamı müxbirlərə deyib ki, o, Kohenin ifadəsindən narahat deyil.

Bir zamanlar Tramp üçün "güllə qarşısına keçə biləcəyini" söyləyən Kohen ötən ay hakimə deyib ki, onun ABŞ liderinə duyduğu “kor-koranə sədaqət” onu “çirkli əməlləri ört-basdır etməyə” gətirib çıxarıb.

O, avqust ayında vergi və bank fırıldaqçılığı, habelə Trampla intim əlaqəsi olduğunu iddia edən porno ulduzuna ödənişlə bağlı yalan danışmaqda gühankar olduğunu etiraf edib.

XS
SM
MD
LG