Accessibility links

Trampın keçmiş vəkili Maykl Kohen 3 il həbs cəzası aldı


Maykl Kohen 3 illik həbsə məhkum edildi
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Prezident Donald Trampın uzun zaman şəxsi vəkili olmuş Maykl Kohen seçki kampaniyasında maliyyə pozuntuları və Konqresə yalan söyləməklə əlaqədar olaraq üç illik həbs cəzası alıb. Kohen xüsusi prokuror Robert Müllerin Rusiya təhqiqatında əsas şahidlərdən biri idi. Təhqiqatın diqqət mərkəzində Trampın 2016-cı ildə prezident seçki kampaniyası və Rusiya arasında mümkün əlaqələrin olub-olmadığı məsələsi durur. Kohen həmçinin təhqiqat çərçivəsində Trampın yaxın daxili çevrəsində həbsə məhkum edilmiş ilk şəxsdir.

Trampın keçmiş vəkili Maykl Kohen üç illik həbs cəzası aldıqdan sonra müxbirlərin suallarını cavablandırmadan Nyu York federal məhkəməsini tərk edib.

Məhkəmə zalında isə Kohen federal hakimə deyib ki, Donald Trampa olan sədaqəti onun “prezidentin çirkli işlərini” ört-basdır etməsi ilə nəticələnib.

Kohen 2016-cı il seçkisindən əvvəl Donald Trampla intim əlaqədə olduqları deyilən iki qadının susması üçün onlara pul ödəyərək, kampaniyada maliyyə pozuntularına yol verməkdə günahkar tanınıb.

Məhkəmə sənədlərinə əsasən, Kohen prokurorlara deyib ki, o, pul ödənişlərini Trampın göstərişi edib.

Associated Press agentliyinin hüquq məsələləri üzrə müxbiri Çad Dey bunun mühüm etiraf olduğunu bildirir.

“Tramp bu işləri rədd edir. Lakin məhkəmə sənədlərinin göstərdiyi kimi, Kohen prokurorlara onların fikrincə, prezidentin göstərişi ilə ciddi cinayət hesab etdikləri hərəkətə yol verdiyini deyib.”

Maykl Kohen həm də Konqresə Trampın prezidentliyə namizəd olduğu vaxt Moskvada inşa planları haqda yalan söylədiyinə görə həbs cəzası alıb.

Prezident Tramp seçki kampaniyası və Rusiya arasında hər hansı əlaqəni rədd edib və xüsusi prokuror Robert Müllerin təhqiqatını “ifritə ovu” adlandırıb.

Keçən ay Tramp Koheni prokurorlarla əməkdaşlıq etdiyinə görə tənqid edib.

“Maykl Kohen yalan danışır və o mənimlə heç bir əlaqəsi olmayan işlərlə əlaqədar məhkumluğu azaltmağa çalışır.”

Kohenlə yanaşı, keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn də Rusiya təhqiqatı çərçivəsində gələn həftə məhkum ediləcək.

Flinn Trampın inaqurasiyasından əvvəl Rusiya səfiri ilə kontaktlarına haqda təhqiqatçılara yalan söylədiyini etiraf edib.

Müllerin təhqiqatı isə intensivləşir və gələn il zirvəsinə çata bilər.

Ohayo universitetinin təhlilçisi Rik Simmons.

“Biz Kohenin Müllerə informasiya ötürəcəyinə inanırdıq və o bunu etdi. Meller əməkdaşlıq edən başqa şahidlərlə birgə işləyib və qarşıdakı aylar onlarla işi davam etdirəcək. Mənim gözləntilərimə görə, biz gələn bir neçə ay ərzində müəyyən nəticələrin olacağını görə biləcəyik.”

Bir zamanlar Trampa görə “güllə almağa belə hazır olduğunu” deyən Kohen martın 6-dan həbs müddətinə çəkməyə başlayacaq.

XS
SM
MD
LG