Prezident Donald Trampın sabiq vəkili Maykl Kohenin vəkili ABŞ Senatının komitəsinin tələbinə cavab olaraq, ictimaiyyət qarşısında ilk ifadəsini verəcəyini bildirib.
Kohen prezident Tramp və onun vəkili Rudi Julianinin onun ailəsinə qarşı onun iddia etdiyi kimi təhdidləri ilə əlaqədar olaraq Nümayəndələr Palatası qarşısında fevralın 7-i ifadə verməsini təxirə saldıqdan sonra qanunvericilərlə əməkdaşlığa başlayıb.
Maykl Kohen noyabr ayında Senatın Kəşfiyyat Komitəsinə Moskvadakı Tramp qülləsinin inşa planları haqda yalan söyləməkdə özünü günahkar tanıyıb.
Konqresə yalan ifadə verməkdən əlavə, Kohen Trampla əlaqədə olan qadınların susması qarşılığında onlara pul ödəməsi və prezidentlə əlaqəsi olmayan maliyyə fırıldaqçılığı ittihamı ilə 3 il müddətinə həbs cəzasına məhkum edilib.