Accessibility links

Trampın Konqresin qadın üzvlərini hədəf alan tvitləri geniş reaksiyalar doğurub


ABŞ prezidenti Donald Trampın bazar günü Twitter sosial şəbəkəsində Konqresin qeyri-ağ qadın üzvləri haqda yazdığı mesajları irqçi və ksenofobiya məzmunlu kimi qiymətləndirilərək, geniş reaksiyalara səbəb olub.

Tramp Konqresdə proqressiv demokratlar kimi tanınan qadınların öz “cinayətkarlığa yoluxmuş” ölkələrinə “qayıtmasını” tövsiyə edib.

Prezidentin mesajlarında nəzərdə tutduğu dörd qadın qanunverici arasında yalnız Minnesota ştatını təmsil edən İlhan Ömər Somalidə doğulub. Qalan üç qadın qanunverici – Massaçusetsdən Ayana Pressli Ohayo ştatının Sinsinnatti şəhərində anadan olub, Nyu Yorku təmsil edən Aleksandriya Okazio-Kortes əslən nyu yorkludur, Miçiqanı təmsil edən Rəşidə Tlayib isə ştatın Detroyt şəhərində dünyaya gəlib.

Ağ Ev hələlik Amerikanın Səsinin prezidentin mesajlarını yazmasından öncə dörd qadın qanunvericidən üçünün Amerikada anadan olması haqda məlumatı olub-olmadığı ilə bağlı sualını cavabandırmayıb.

Konqres üzvləri Aleksandriya Okasio-Kortez və Rəşidə Tlayib
Konqres üzvləri Aleksandriya Okasio-Kortez və Rəşidə Tlayib

Dörd qadın qanunverici Demokrat partiyasını nəzarətində olan Nümayəndələr Palatasının spikeri Nensi Pelozi ilə mühacirət siyasəti və bir sıra başqa məsələlərlə bağlı mübahisələr aparır. Onlar arasında mübahisələr son günlər prezident Trampın diqqətini cəlb edib.

Trampın Twitter sosial şəbəkəsində paylaşımları Konqresin dörd proqressiv qadın nümayəndəsi haqda Fox tele kanalında süjetin göstərilməsindən təxminən 20 dəqiqə sonra edib. Prezident tez-tez Fox tele kanalını izlədikdən sonra sosial mediada reaksiya göstərir.

Konqres üzvü İlhan Ömər
Konqres üzvü İlhan Ömər

İsraili tənqid etdiyinə və açıqlamaları anti-semitizm kimi qiymətləndirildiyinə görə İlhan Ömər daha çox tele kanalın hədəfi olur.

İlhan Ömər və Rəşidə Tlayib Konresə seçilən ilk iki müsəlman qadındır.

Sosial mediada çoxları Trampın tvitlərini tənqid edib. Onlar arasında daha kəskin tənqidlə çıxış edən spiker Pelosi Trampın açıqlamalarını ksenofobiya kimi qiymətləndirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG