Accessibility links

Trampın müttəfiqi həbs olunub


Rocer Ston

ABŞ-ın xüsusi prokuroru Robert Müllerin ofisinin açıqladığı böyük münsiflər məhkəməsinin ittihamnaməsinə müvafiq olaraq, ABŞ prezidenti Donald Trampın uzun müddətdir müttəfiqi olan və 2016-cı il prezident kampaniyasında ona məsləhət verən Rocer Ston cümə günü həbs olunub və ona qarşı yeddi maddə üzrə ittiham irəli sürülüb.

Xüsusi prokurorun ofisinin verdiyi məlumata görə, Ston cümə axşamı rəsmi məhkəmə işinə əngəl törətmək, yanlış bəyanatlar etmək və şahidə təsir göstərmək maddələri üzrə gühankar tanınıb.

Müllerin ofisi bildirib ki, Stonun cümə günü Floridanın Fort Lauderdeyl şəhərində federal məhkəmə qarşısına çıxacağı gözlənilir.

Stonla bağlı 2016-c il prezident seçki kampaniyası zaman Trampa dəstəyinə görə istintaq başladılıb. O zaman Ston hakerlərin ələ keçirdiyi və demokratları, o cümlədən Trampın rəqibi Hillari Klintonu rüsvay edəcək məlumatlarla bağlı bilgiyə sahib olduğunu söyləmişdi.

ABŞ prokurorları ittihamnamədə bildirib ki, Ston “2016-cı il prezident seçkisi kampaniyası zamanı Təşkilat 1, onun rəhbəri eləcə də haker hücumuna məruz qalmış emaillərə sahib olduğunu müzakirə etdiyi bir sıra email və mesaj alıb və göndərib”.

Məhkəmə sənədlərində Təşkilat 1-in adı açıqlanmasa da, onunla bağlı məlumatlar bu təşkilatın Wikileaks ola biləcəyinə işarə edir. Wikileaks anonim mənbələrdən əldə olunan gizli və məxfi məlumatları ictimailəşdirir.

Prokurorlar bildirib ki, Ston yalan ifadə verdiyi zaman hələ də o mesaj və emaillara olub.

Ston həmçinin təşkilat və onlarda olan Klinton kampaniyasına xələl gətirəcək məlumatlar barədə Trampın kampaniya rəsmilərinə də bəhs edib.

XS
SM
MD
LG