Accessibility links

Trampın mətbuat katibi Ağ Evdən gedir


Ağ Evin mətbuat katibi Sara Sanders bir neçə həftə sonra öz vəzifəsindən ayrılaraq doğma ştatı Arkanzasa dönəcək.

Prezident Donald Tramp Sara Sandersi tərifləyərək, onun atası Mayk Hakabinin 11 il qubernatoru olduğu Arkanzasın qubernatorluğa namizədliyini irəli sürəcəyinə ümid etdiyini bildirib.

Növbəti qubernator seçkiləri 2022-ci ildə baş tutacaq.

Sanders Trampın prezidentliyinin əvvəlindən Ağ Evin Qərb Qanadında olduğu müddətdə prezidentin ən güvəndiyi köməkçilərindən biri olub və burada olduğu müddətdə mətbuat katibinin köməkçisindən sözçü pilləsinə yüksəlib.

Sanders uşaqları ilə daha çox vaxt keçirməyini səbirsizliklə gözlədiyini deyib.

XS
SM
MD
LG