Accessibility links

Trampın sabiq vəkilinin Kəşfiyyat Komitəsində ifadəsi təxirə salınıb


ABŞ prezidenti Donald Trampın sabiq vəkili Maykl Kohenin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ifadəsi fevralın 28-dək təxirə salınıb.

Martın 6-da həbsə getməli olan Kohen Trampın seçkiqabağı kampaniyası zamanı maliyyə əməliyyatlarında günahkar olduğunu etiraf edib.

Maykl Kohen noyabr ayında Senatın Kəşfiyyat Komitəsinə Moskvadakı Tramp qülləsinin inşa planları haqda yalan söyləməkdə özünü günahkar tanıyıb.

Konqresə yalan ifadə verməkdən əlavə Kohen Trampla əlaqədə olan qadınların susması qarşılığında onlara pul ödəməsi və prezidentlə əlaqəsi olmayan maliyyə fırıldaqçılığı ittihamı ilə 3 il müddətinə həbs cəzasına məhkum edilib.

Kohen xüsusi prokuror Rober Müellərə deyib ki, prezident ona Konqresə Trampın Rusiya ilə əlaqələri barədə yalan danışmasını söyləyib.

Kohen Trampı Rusiya ilə danışıqlar barədə məlumatlandırmağa davam etdiyi zaman Tramp uğurlu seçki kampaniyası aparıb və Rusiya ilə hər hansı biznes əlaqələrinin olduğunu rədd edib.

Müller və onun prokurorlardan ibarət komandası 20 aydır Trampın kampaniyasının Rusiya ilə əlaqələrini, habelə Trampın prezident ikən istintaqa mane olmağa çalışaraq ədaləti əngəllləyib-əngəlləmədiyini təhqiq edir.

XS
SM
MD
LG