Accessibility links

Trampın Senatda impiçment məhkəməsi şənbə günü də davam edir


ABŞ Senatı şənbə günü sabiq Prezident Donald Trampın impiçment məhkəməsi olaraq işini davam etdirib.

Nə Nümayəndələr Palatasının impiçment üzrə menecerləri, nə də Trampın vəkillə şahid çağırmaq planlarını açıqlamayıblar. Bu isə o deməkdir ki, hər iki tərəf şənbə günü son arqumentlərini təqdim edəcəklər. Bunun ardınca qısa müddət sonra isə məsələ ilə bağlı son səsvermə keçiriləcək.

Cümə günü Trampın vəkilləri sabiq ABŞ liderinin lehinə son iddiaları təqdim ediblər və onun yanvarın 6-da ABŞ Kapitolisinə ölümcül hücumu təşviq etdiyini inkar ediblər. Trampın vəkilləri məhkəmənin siyasi motivli və qanunsuz “ifritə ovu” olduğunu söyləyiblər.

“Solun son dörd ildə məşğul olduğu bütün digər siyasi motivli ifritə ovları kimi bu impiçment də tamamilə faktlardan, dəlillərdən və Amerika xalqının maraqlarından uzaqdır,” Trampın vəkili Maykl van der Vin bildirib.

Trampın vəkilləri cümə günü onlara ayırılan 16 saat əvəzinə iddialarını üç saatda təqdim ediblər.

Onlar senatorlara sabiq prezidentin seçkidə Prezident Co Baydenə məğlubiyyətini etiraz etməyə haqqının olduğunu və Trampın yanvarın 6-da ABŞ Kapitolisində baş verən üsyandan dəqiqələr öncə 70 dəqiqəlik çıxışının zorakılığı təşviq etməyə bərabər olmadığını deyiblər.

Müdafiə komandası bildirib ki, Trampı Ellipse parkında minlərlə tərəfdarını “cəhənnəm kimi mübarizə aparmağa” çağırması Demokratların zorakılığa səbəb ola biləcək bənzər ritorikadan istifadə etməsindən fəqrli deyil.

Vəkillər Vitse-Prezident Kamala Harris, senator Elizabet Uorren və Senatın Demokrat lideri Çak Şumer daxil olmaqla bir sıra tanınmış Demokratların heç bir konteks verilmədən “mübarizə”sözündən istifadə etdiklərini göstərən uzun video montaj təqdim ediblər.

Bundan əlavə videoda sabiq prezidentə qarşı iddia qaldıran impiçment meneceri olan Demokrat qanunvericilər də yer alıb.

Müdafiə komandasının cümə günü iddialarını təqdim etməsindən sonra senatorlar sual-cavab sessiyası keçirərək, həm Trampın vəkillərinə həm də Trampa qarşı iddia qaldıran Demokrat qanunvericilərə yazıl suallar təqdim ediblər.

İlk sualları Respublikaçı senatorlar Süzan Kollins və Lisa Murkovki təqdim ediblər. Onların hər ikisi Trampın əməllərini tənqid ediblər və Trampın tərəfdarlarının Kapitoliyə zorla daxil olduğu barədə dəqiq nə zaman öyrəndiyini və bununla bağlı hansı spesifik addımlar atdığı ilə bağlı sual veriblər.

Van der Vin suala birbaşa cavab verməsə də, məsələni araşdırmadıqlarına görə Demokratları günahlandırıb.

Baş impiçment meneceri Merilend konqresmeni Ceymi Raskin daha sonra məhkəmə iclasında bildirib ki, araşdırılan bütün detallar “prezidentdədir.” O həmçinin Trampın məhkəmədə iştirak etməyə dəvət olunduğu halda gəlmədiyini qeyd edib.

Cümə günü keçirilən sual-cavab sessiyası və müdafiə komandasının iddiaları təqdim etməsindən öncə Nümayəndən Palatasının Demokratları iki gün boyunca Trampın yanvarın 6-da keçirilən mitinqdəki ritorikasını 2020 prezident seçkinin nəticələrinin sertifikatlaşdırılmasının qarşısını almaq məqsədilə ABŞ Kapitolisinə hücum edən kütlənin əməlləri ilə əlaqələndirən təqdimat irəli sürüblər.

İmpiçment ittihamçıları cümə axşamı Trampın tərəfdarlarını ötən ay onun noybar ayında Demokrat Co Baydenə məğlubiyyətini sertifikatlaşdıran qanunvericilərə müqavimət göstərmək üçün Kapitoliyə yollamaqda üsyanı təşviq etdiyinə dair “çox sayda aydın” dəlillərin olduğunu bildiriblər.

Raskin təqdimatının sonunda münsifllər qismində iştirak edən Senatın 100 üzvünə deyib ki, onlar “baş verənlərlə bağlı sağlam mühakimə yürütməlidirlər.”

Raskin iddia edib ki, Tramp yanvarın 6-da yüzlərlə tərəfdarını Kapitoliyə doğru yürüməyə çağırıb və onlar binaya zorla daxil olub, pəncələri sındırıb, ofisləri dağıdıb, polislə toqquşduğunda o, Kapitoli Polisi zabiti daxil olmaqla beş nəfərin ölümü ilə nəticələnən çaxnaşmaya son qoymaq üçün “azı iki saat heç nə etməyib.”

Lakin Trampın Senatdakı Respublikaçı tərəfdarlarının ona arxalarını çevirəcəklərinə dair bir işarə yoxdur. Trampın bəraət qazanacağı gözlənilir.

XS
SM
MD
LG