Accessibility links

Trampın Senatda impiçment məhkəməsi


Trampın Senatda impiçment məhkəməsi
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Konqresdəki demokratlar prezident Donald Trampı Ukraynaya 2020-ci prezident seçkilərində rəqibi, keçmiş vitse-prezident Co Baydenlə bağlı təhqiqata cəlb etmək üçün təzyiq məqsədilə “korrupsiyalaşmış sxem” hazırlamaqda ittiham edirlər. ABŞ Senatında Trampın hakimiyyətdən uzalaşdırılıb-uzaqlaşdırılmamasını mühakimə edən 100 senator qarşısında dəlillərin təqdim edildiyi ilk gün konqresmen Adam Şiff bildirib ki, məhkəmə prosesi Amerikanın bütün dünyada nüfuzu müəyyən edəcək.

İmpiçment prosesinə rəhbərlik edən qanunvericilər Senatdakı məhkəmədə açılış prosesində debatlardan sonra dəlilləri təqdim edərək, Trampın günahkar olduğunu göstəriblər.

Konqresmen Adam Şiff: “Prezident Tramp yenidən seçilmək üçün xarici yardımı təmin etmək məqsədilə Rusiya ilə müharibə edən strateji tərəfdaşa yüz milyonlarla dolların ayrılmasını saxlayıb. Başqa sözlə, aldatmaq üçün. Bu yolla, prezident yalnız ona verilmiş və heç bir siyasi opponentin malik olmadığı rəsmi dövlət mövqeyindən demokratik seçkidə üstünlük qazanmaqdan ötrü istifadə edib.”

Demokratlar üstü açılmalı olan daha çox dəlil olduğunu, lakin onların Senatda əksəriyyətin lideri Mitç Makkonnelli məhkəmənin əvvəlində şahidləri çağırmağa məcbur etmək üçün ilk cəhdlərinin uğursuz olduğunu bildirib.

Senatda azlıqda olan demokratların lideri, Senator Çak Şumer: “Amerika xalqının prezident Trampın impiçment məhkəməsində gördüyü ilk şey Respublikaçı senatorların müvafiq dəlillər əsasında ədalətli mühakimənin əleyhinə səs verməsi oldu. Prezident Trampın impiçment məhkəməsi üzərində qara bulud, ədalətsizlik buludu olaraq başlayır.”

Mitç Makkonnell bildirib ki, açılış arqumentlərinin təqdim edilməsi bitməyənə qədər şahidlərin çağırılması ilə bağlı qərar verilməyəcək, lakin o, şahidlərin çağırılmasını istəyən əksər amerikalıların istəyini nəzərə ala bilər.

Brukinqs institutunun təhlilçisi Darrel Vest: “O başa düşür ki, əgər bu, saxta məhkəməyə oxşasa, ictimai rəy baxımından yaxşı deyil və partiyaya noyabrda zərər vurə bilər. Buna görə də o bunun hər bir tərəfin açılış iclasında bəyanat verdiyi və senatorların sual vermək imkanı olduğu bir prosesə oxşamasını istəyir. Amma əlbəttə ki, o, məhkəmənin qeyri-müəyyən müddət davam etməsini istəmir və sonda bəraət verilməsini istəyir.”

Trampa qarşı dəlillərin təqdim edildiyi açılış prosesi bəzi fikir dəyişikliklərinə gətirib çıxarıb.

Respublikaçı senator Mayk Barun: “Burada dinamika prezidentin tərəfinin nə deyəcəyi ilə dəyişə bilər. Hələ ki, biz bu haqda bir şey eşitməməşik. Mən səbirsizliklə bundan sonra nə olacağını gözləyirəm. Daxili bir hiss mənə deyir ki, bu, oyunu dəyişdərə bilər.”

Trampın vəkilləri müdafiəyə şənbə günü başlayır. Lakin prezidentin müttəfiqləri artıq Demokratları impiçment prosesindən siyasi xeyir əldə etmək üçün istifadə etməkdə ittiham edir.

Respublikaçı senator Lindsi Qraham: “Donald Trampa gələndə, onlar onu çıxartmaqdan ötrü ofisin təsisatını dağıtmağa hazırdır.”

Demokratlar arqumentləri təqdim etdiyi zaman keçmiş vitse-prezident Co Baydenin ifadəsi qarşılığında Ağ Ev rəsmilərinin ifadə verməsinə icazə ilə bağlı mübahisələr davam edir.

Konqresmen Adam Şiff: “Bu, ticarət deyil. Məhkəmə şahidlərlə mübadilə prosesi deyil. Onlar bu məhkəmədən Baydenləri ləkələmək üçün istifadə etmək istəyirlər. Məhkəmənin məqsədi bu deyil və senatorlar bundan bu şəkildə sui-istifadə edilməsinə yol verməməlidirlər.”

Makkonnell mövqeyini dəyişməsə, ya da razılıq əldə edilməsə, bu, Senatda şahidlər olmadan keçən ilk məhkəmə prosesi olacaq.

XS
SM
MD
LG