Accessibility links

Trampın sorğulardakı aşağı göstəriciləri respublikaçıları narahat edir [Video]


Trampın sorğulardakı aşağı göstəriciləri respublikaçıları narahat edir
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Trampın sorğulardakı aşağı göstəriciləri respublikaçıları narahat edir

Noyabr ayında ara seçkilərin yaxınlaşdığı bir dövrdə respublikaçılar prezident Donald Trampın hal-hazırda 42 faiz olan dəstək səviyyəsinə nəzər yetirir. Trampın tarixən ən aşağı reytinqi son bir neçə sorğuda 40 faizdən az idi.

ABŞ prezidenti Donald Tramp Ağ Evdəki açılış duasından sonra iqtisadiyyatla bağlı müzakirələrin mərkəzi olduğu kabinetinin yığıncağına sədrlik edib. O amerika iqtisadiyyatının əvvəlkindən daha yaxşı olduğunu bildirib. Donald Tramp bildirib ki, hakimiyyətə gəldikləri zaman iqtisadiyyat səhv istiqamətdə idi, indi hər şey qaydasındadır.

“Gallup” sörğusunun nümayəndəsi Frank Nyuport bildirir ki, Tramp iqtisadiyyat vasitəsilə seçicilərdən səs qazanmaq istəyir. Trampın indiki yüksək razılıq reytinqi iqtisadiyyatla əlaqəlidir. İqitsadiyyatı dəstəkləməklə son sorğularda olan 50 faizlik dəstək Trampın indiyədək əldə etdiyi ən yüksək göstəricidir.

Lakin son zamanlar Trampın sabiq Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş direktoru Con Brennanın məxfi məlumatlara çıxış səlahiyyətlərinin geri alınması barədə qərarı və Ağ Evin keçmiş müşaviri olmuş Omarosa Manigaulta ilə narazılıqlar daxil olmaqla bir sıra digər yayındırıcı faktorlar olub.

Trampın Brennanla bağlı hərəkəti Virciniya ştatının senatoru Mark Varner də daxil olmaqla bir sıra demokratları narahat edib. O bildirib ki, prezidenti tənqid edə biləcək hər kəsi susdurmaq ona Nikson siyasətini xatırladır. Bu hamını yenidən naməlum vəziyyətə gətirir.

Virciniya universitetinin analitiki Lari Sabato deyib ki, Trampın mübahisəli immiqrasiya siyasəti və Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi sammitdən sonra tənqidlərin artması onun səslərinin aşağı səviyyədə qalmasının səbəbi ola bilər. Sabato söyləyir ki, Tramp əlli faizlik reytinqə malik olan prezident deyil. O, prezidentliyi dövründə heç zaman, heç bir sorğuda əlli faizdən yüksək səs toplamayıb.

Brukinqs İnstitutunun təhlilçisi Con Hudak söyləyir ki, Trampın aşağı dəstək göstəricisi noyabrda keçiriləcək seçkilərdə respublikaçıların Kongresdə çoxluğu saxlamasına təsir edə bilər. O bildirib ki, ara seçkilərində prezidentin partiyası adətən yerləri itirir. Bu daha çox populyar olmayan prezidentin dövründə baş verir. Donald Trampın dəstək reytinqi həmişə aşağı səviyyədədir və hələ də belə davam edir.

Tramp tərəfdarları Trampın seçki kampaniyası sabiq meneceri Kori Levandovski də daxil olmaqla inanırlar ki, seçicilər noyabr ayında prezidentə güclü iqtisadiyyat üçün imkan verəcəklər. O deyib ki, ölkədə işsizlik, təkcə onun kimi orta təbəqəli ağ amerikalıların arasında deyil, ispan mənşəli amerikalılar və afro-amerikalılar arasında da 1973-cü ildən sonra ən aşağı səviyyədədir. Bunun üçün prezidentə təşəkkür etmək lazımdır.

Trump öz elektoratı arasında populyar olaraq qalır, lakin onun noyabr ayında Demokratların dalğasını dayandıra bilməsi üçün yetərli olub olmaması məlum deyil.

XS
SM
MD
LG