Accessibility links

Trampın tarixi impiçment məhkəməsi çərşənbə axşamı başlayır


ABŞ Milli Qvardiyasının əsgərləri
ABŞ Milli Qvardiyasının əsgərləri

Çərşənbə axşamı ABŞ Senatında sabiq Prezident Donald Trampın tarixi ikinci impiçment məhkəməsi başlayır. Tramp bir ay öncə tərəfdarlarını ABŞ Kapitolisində Demokrat Co Baydenin 2020 seçkisində Tramp üzərində əldə etdiyi qələbəni təsdiq edən qanunvericilərə qarşı çıxmağa çağırmaqla çaxnaşmanı təhrik etməkdə ittiham olunur.

Həmin etiraz qarışıqlıqla nəticələnmişdi. Təxminən 800 Tramp tərəfdarı zorla ABŞ Kapitolisinə daxil olub, orada pəncərə və qapıları sındırıb, bəzi qanunvericilərin ofislərini talayıb, polislə qarşıdurma yaradıb. Nəticədə beş nəfər həyatını itirib. Bunlardan biri Kapitoli polisinin zabiti olub. Onun ölümü ilə bağlı qətl istintaqı aparılır.

Sabiq prezidentlə bağlı impiçment məhkəməsində iştirak edəcək 50 Respublikaçı və 50 Demokratdan ibarət 100 senatorun bir çoxu yanvarın 6-da təhlükəsiz sığınacaq axtarışında Senatdan qaçmalı olduqları zaman baş verən hərc-mərcliyə şahid olub.

Trampın təqsirli tanınması üçün senatorların üçdə ikisinin səsinə ehtiyac var. Bu isə o deməkdir ki, 50 Demokratdan əlavə 17 Respublikaçı da keçmiş Respublikaçı həmkarları olan Trampa qarşı çıxmalı arxalarını olacaqlar. Beləliklə də Tramp bir il əvvəl Ukrayna prezidentindən ötən noyabrda keçirilən prezident seçkisindən öncə Baydenlə bağlı məlumat toplamasını istəməkdə itiham olunduğu zaman da bəraət aldığı kimi böyük ehtimalla bəraət qazanacaq.

Lakin nəticədən asılı olmayaraq, Tramp ABŞ-ın iki əsrlik tarixində iki dəfə impiç olunan yeganə prezidentdir.

ABŞ Kapitolisində hücumdan bir həftə sonra Nümayəndələr Palatası 232-197 səs fərqi ilə Trampın “üsyana təhrik etməkdə” iitiham olunmasının lehinə səs verib. Həmin səsvermədə 10 Respublikaçı 222 Demokrata qoşularaq səs vermişdi. Bunun ardınca yanvarın 20-də Bayden and içərək ölkənin 46-cı prezidenti oldu və hakimiyyətdən gedən Tramp sonuncu dəfə Air Force One təyyarəsi ilə Floridadakı malikanəsinə yola düşdü. Tramp o vaxtdan bəri orada qalır.

Tramp Demokratların onun impiçment məhkəməsində ifadə vermək çağırışını rədd edib. Məhkəmə bir həftə və ya daha uzun müddət davam edə bilər.

Trampa qarşı iddia qaldıran Nümayəndələr Palatasının doqquz Demokrat meneceri Trampın tərəfdarlarını Kapitolinin önündə onun seçkidəki məğlubiyyətinə etiraz etməyə çağırdığı üçün onun ardınca baş verən caxnaşmaya görə “təkbaşına məsuliyyət” daşıdığını bildirib.

Tramp tərəfdarlarını yanvarın 6-da Vaşinqtona gəlməyə çağırıb. Tərəfdarlarının Kapitoliyə doğru yürüməsindən qısa müddət öndə Ağ Evin yaxınlığında onların qarşısında önündə çıxış edən Tramp həftələrdir seçkinin saxtalaşdırıldığına dair səsləndirdiyi əsassız iddialarını təkrarlayıb.

XS
SM
MD
LG