Accessibility links

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin istefa verdiyi deyilir


ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi cümə günü istefa verib. Bu barədə ABŞ-ın məsələ ilə yaxından tanış olan media orqanları xəbər verib.

Xəbərlərdə bildirilib ki, Kört Volker cümə günü dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra istefa verib. Dövlət Departamenti məsələ ilə bağlı şərh verməyib.

Tramp üzərində impiçment araşdırmasına gətirib çıxaran şikayətdə Volkerin adı çəkilib. Şikayətdə deyilib ki, Volken Trampın şəxsi vəkili Cudi Culiani ilə Ukrayna rəsmiləri arasında görüşlərin təşkilinə yardım edib.

Şikayətçi Şikayətdə Trampın iyulun 25-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı keçmiş vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək seçkidə Demokratlar partiyasından namizədliyi qazanaraq Trampın rəqibi olmasının qarşısını alacaq və ona xələl gətirəcək Bayden və oğlu barədə məlumat toplamasını istədiyini iddia edir.

Pompeo ABŞ Nümayəndələr Platasında ifadə verməyə çağırılıb

ABŞ Nümayəndələr Palatasının Demokratları Pompeonu Ukrayna ilə əlaqəli olan sənədləri təqdim etməyə çağırıb və həmçinin gələn iki həftə ərzində Dövlət Departamentinin beş rəsmisini ifadə verməyə dəvət edib.

Nümayəndələr Palatasının Xarici İşlər, Kəşfiyyat və Nəzarət komitələrinin yaydığı bəyanata əsasən, komitələr “Trampın Ukraynanı 2020-ci il seçkisinə müdaxilə etməyə çağırmaqla və Konqresin Rusiyanın təcavüzünün qarşısını almağa kömək etmək üçün ayırdığı təhlükəsizlik yardımını verməməklə milli təhlükəsizliyi nə dərəcədə təhlükə altına saldığını” araşdırdığını bildirib.

hearings
hearings

Tramp yanlış hərəkət etdiyini inkar edir.

Bundan əlavə Tramp cümə günü Konqresdə ifadəsi zamanı onu yanlış təmsil etdiyini dediyi qanunvericinin istefasına çağırıb.

Tramp deyib ki, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edən kaliforniyalı demokrat Adam Şiff kəşfiyyat əməkdaşının şikayətinin Konqresə təqdim edilməsinin ləngiməsi ilə bağlı ifadə zamanı onu yanlış təsvir edib.

“Sanki o, telefon danışığının dəqiq stenoqramını oxuyurdu, amma danışığı pis göstərmək və məni günahkar kimi təqdim etmək üçün sözləri dəyişmişdi”, Tramp Twitterdə yazıb.

Adam Şiff Konqresə yaıan danışıb və Amerika xalqını aldatmağa cəhd edub. Mən onu dərhal istefa verməyə çağırıram!” o əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG