Accessibility links

Trampın vəkili prezidentin ifadə verməyəcəyini bildirib


ABŞ prezidentinin vəkili Donald Trampın Federal Kəşfiyyat Bürosunun (FBİ) direktoru Ceyms Kominin işdən kənarlaşdırılması ilə bağlı xüsusi nümayəndə Robert Müllerin araşdırmalarına ifadə verməsinə yol verilməyəcəyini bildirib.

Tramp özü xüsusi prokuror Müllerin 14 aydır davam edən təhqiqatı çərçivəsində sual-cavab edilməyə hazır olduğunu bildirib.

Tramp Komini 2017-ci ilin may ayında fəzifəsindən kənarlaşdırıb. Nyu-York şəhərinin keçmiş meri və Trampın vəkili Rudi Culiani deyib ki, Trampın vəkilləri prezidentin dindirilməsinə razılıq verilməsindən əvvəl Müllerin təhqiqatçılarından dəlil göstərilməsini istəyir.

Xüsusi prokuror Robert Müller Trampın kampaniyasının Rusiya ilə əlaqələri və prezidentin Müllerdən əvvəl Rusiya təhqiqatına rəhbərik edən Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdığı zaman ədalətin qarşısını almağa çalışıb-çalışmadığını araşdırır.

Müllerin təhqiqatının nə zaman yekunlaşdırılacağı aydın deyil. Onun komandası isə Trampın təhqiqatın ona qarşı qərəzli olduğunu deyərək, müntəzəm olaraq onlara qarşı ünvanladığı hücumlarına cavab vermir.

Tramp Kominin vəzifədən çıxarılmasından bir neçə gün sonra NBC tele kanalına bildirmişdi ki, onu vəzifəsindən kənarlaşdıranda “Rusiya məsələsi haqda” düşünüb. Tramp uzun müddət təhqiqatın Klintonun məğlubiyyətini izah etmək üçün demokratlar tərəfindən istifadə edilən bəhanə olduğunu hesab etdiyini bildirirdi.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG