Accessibility links

Trampın vəkili yenidən ifadə verir


Maykl Kohen
Maykl Kohen

ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Maykl Kohen çərşənbə günü Konqresdə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin önündə ifadə verir. Bu komitə demokratların nəzarət etdiyi Nümayəndələr Palatasında Tramp administrasiya ilə bağlı yeni təhqiqatlar başladan komitələrdən biridir.

Kohen ötən həftə Konqresdə üç ayrı ifadə verib. O, Nümayəndələr Palatası və Senatın kəşfiyyat komitələrində bağlı qapılar arxasında, Nümayəndələr Palatasının Nəzarət Komitəsində isə ictimaiyyətə açıq ifadə verib.

Kohen Nəzarət Komitəsinə Trampın ona iki qadınla yaşadığı intim əlaqəni gizlətməsinə dair göstəriş verdiyini və Rusiya ilə biznes əlaqələri ilə bağlı yalan danışdığını söyləyib.

Nümayəndələr Palatasının Kəşfiyyat, Xarici İşlər və Nəzarət komitələrinin başçıları çərşənbə axşamı Ağ Evdən Trampın Rusiya prezidenti Vladimir Putinlə hər hansı kommunikasiyası ilə bağlı sənədlərin təqdim edilməsini tələb edib.

Onlar Trampın bu əlaqələri ört-basdır etməyə çalışdığına dair ittihamlarla bağlı narahatlıqlarını ifadə edib.

Nümayəndələr Palatasının Ədliyyə Komitəsi ayrı olaraq 81 şəxsdən sənədlər tələb edib. Onlar bunun komitənin sədri Cerrold Nadlerin sözlərinə görə, prezident tərəfindən “korrupsiya, ədalətin əngəllənməsi və digər səlahiyyətlərdən sui-istifadə hallarının araşdırılmasının” bir hissəsi olduğunu bildirib.

Ədliyyə Komitəsinin topladığı məlumat, eləcə də xüsusi prokuror Robert Müllerin Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələri və ədalətin əngəllənməsi ilə bağlı təhqiqatının nəticələri ilə bağlı hesabat Trampa qarşı impiçment prosesinin başladılması üçün əsas hesab oluna bilər.

Tramp bu istintaqları “cinayət tapmaq üçün böyük balıq ovuna çıxmaq" adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreyanın impiç edilmiş prezidenti nəzarət altına alınıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG