Accessibility links

Trampın vəkilinə Konqresə yalan danışmasını söylədiyi deyilir


ABŞ prezidenti Donald Trampın vəkilinə Moskvada Tramp Qülləsi inşa etmək səyləri barədə Konqresə yalan danışmasına dair göstəriş verdiyi deyilir.

Cümə axşamı BuzzFeed News saytında yerləşdirilən xəbərdə bildirilir ki, prezident və onun keçmiş vəkili Maykl Kohenlə bağlı məlumatı onlara iki adı açıqlanmayan federal hüquq mühafizə orqanı əməkdaşı verib.

Həmin şəxslərin sözlərinə görə, Kohen xüsusi prokuror Rober Müellərə deyib ki, prezident ona Konqresə Trampın Rusiya ilə əlaqələri barədə yalan danışmasını söyləyib.

Kohen Trampı Rusiya ilə danışıqlar barədə məlumatlandırmağa davam etdiyi zaman Tramp uğurlu seçki kampaniyası aparıb və Rusiya ilə hər hansı biznes əlaqələrinin olduğunu rədd edib.

Müller və onun prokurorlardan ibarət komandası 20 aydır Trampın kampaniyasının Rusiya ilə əlaqələrini, habelə Trampın prezident ikən istintaqa mane olmağa çalışaraq ədaləti əngəllləyib-əngəlləmədiyini təhqiq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG