Accessibility links

Tramp: "Çin mallarına tariflər ABŞ xəzinələrini doldurur"


Tramp: "Çin mallarına tariflər ABŞ xəzinələrini doldurur"
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Tramp: Çin mallarına tariflər ABŞ xəzinələrini doldurur

ABŞ prezidenti Donald Tramp bazar ertəsi deyib ki, ABŞ-ın Çinə tətbiq etdiyi tariflər ABŞ-a milyardlarla dolla gəlir gətirir. O deyib ki, Çinin cavab tədbiri olaraq tətbiq etdiyi tariflərin ABŞ iqtisadiyyatına heç bir təsiri yoxdur. ABŞ-la Çin arasında ticarət müharibəsinin yenidən başlaması nəticəsində bazar ertəsi səhm bazarında şok yaranıb. Belə ki, Dow Jones indeksi 600 bal düşüb. Çin 60 milyard dollar dəyərində ABŞ mallarına 25 faizlik yeni tariflər tətbiq etdiyini açıqlayıb. Bu tariflər iyun ayının 1-də qüvvəyə minəcək. Birləşmiş Ştatlar da cümə günü 200 milyard dollar dəyərində Çin idxallarına 25 faizlik tarif tətbiq edib.

Çin 5 mindən çox ABŞ məhsuluna, o cümlədən ət, bir çox növ tərəvəz, meyvə şirəsi, yağ, çay və qəhvəyə tarifləri artırıb. ABŞ fermerləri bundan narahatdır. Prezident Tramp bazar ertəsi onların Birləşmiş Ştatlarda Çin mallarına tətbiq olunan tariflərdən kompensasiya olunacaqlarına söz verib.

Çin prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin
Çin prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin

“Biz Çinin bizim fermerlərdən ən çox mal aldığı ilə baxacağıq ki, bu da 15 milyard dollar təşkil edir və əvəzində fermerlərimiz üçün nə isə edəcəyik. Onlar əkib-biçəcək və məhsullarını daha ucuz qiymətə sata biləcəklər. Beləcə eyni gəlir əldə edə biləcəklər. Bizim fermerlər çox xoşbəxt olacaq, bizim istehsalçılar xoşbəxt olacaq və bizim hökümət də çox xoşbəxtdir, çünki biz on milyardlarla dollar pul qazanırıq”, Tramp söyləyib.

Tramp deyib ki, Çinə Birləşmiş Ştatlarla vergi və tarif müharibəsində daha çox ziyan dəyəcək, çünki Çin daha çox mal ixrac edir. Çinli təhlilçi isə uzun müddətdə tariflərin Birləşmiş Ştatlara daha çox ziyan vuracağını deyir.

“Qısa müddətdə tariflərin Çin və Birləşmiş Ştatlara ziyanı eyni olacaq. Lakin 3-6 ay sonra, tariflərin bədəlini Amerikanın pərakəndə satıcıları və istehlakçıları ödəyəcək. Bizim hesablamalara görə, tariflərin vurduğu ziyanın 10 faizi Çin şirkətlərinin, 90 faizi isə ABŞ şirkətlərinin payına düşür” – deyə, Çin Sosial Elmlər Akademiyasından Qao Linqyun bildirir.

Bizim hesablamalara görə, tariflərin vurduğu ziyanın 10 faizi Çin şirkətlərinin, 90 faizi isə ABŞ şirkətlərinin payına düşür.
Qao Linqyun

Bəzi ABŞ hesablamalarına görə, Trampın Çin mallarına tətbiq etdiyi tariflər amerikalıların istehlakçı mallarına ildə təxminən 700 dollar daha çox xərcləmələrinə səbəb ola bilər.

“Onun tarif və ticarətlə bağlı xərc-fayda təhlili iqtisadi baxımdan məntiqli deyil, çünki Çinlə ticarət defisitinin olması və ya Çinlə 400 milyard dollar dəyərində defisitin olması ABŞ istehlakçılarının bundan faydalanmadığını göstərmir”, GRisk-in həmtəsisçisi və baş icraçı direktoru Şon Dinq bildirir.

Tramp deyib ki, malları istehsal etməklə və ya “tarif tətbiq olunmayan ölkələrdən almaqla” tariflərin zərərindən yayınmaq mümkündür.

Tarif müharibəsi maliyyə bazarlarına mənfi təsir göstərib, lakin bəzi investorlar deyir ki, onlar bundan narahat deyil.

İqtisadçılar razılaşır ki, uzun-müddətli ticarət müharibəsi heç kəs üçün faydalı deyil. Onlar hər iki tərəfi tezliklə bu çıxılmaz vəziyyətdən çıxmağa çağırıb. Tramp qabaqdan gələn G-7 sammitində Çin prezidenti Şi Tsinpinlə ticarət məsələsini müzakirə edəcəyini söyləyib. Bu arada isə o, ABŞ-ın əlavə 325 milyard dollar dəyərində Çin mallarına 25 faizlik tarif tətbiq edə biləcəyini də deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG