ABŞ prezidenti Donald Tramp Çini ABŞ-da qarşıdan gələn ara seçkilərinə müdaxiləyə cəhddə ittiham edib.
“Təəssüf ki, biz Çinin qarşıdan gələn 2018-ci il noyabr seçkilərinə mənim administrasiyama qarşı müdaxiləyə cəhd göstərdiyini aşkar etmişik”, Tramp çərşənbə günü BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda çıxışı zamanı bildirib.
“Onlar məni istəmir, ya da bizim qələbəmizi istəmir, çünki mən Çini ticarət məsələsində sınağa çəkən ilk prezidentəm”. Və biz ticarət məsələsində uduruq. Biz bütün səviyyələrdə qələbə əldə edirik”, Tramp bildirib.
Trampın açıqlamalarından bir qədər sonra Çinin xarici işlər naziri seçkilərə müdaxilə ilə bağlı ittihamları rədd edib.
Xarici işlər naziri Vanq Yu Pekində müxbirlərə deyib ki, Pekin başqa ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə əməl edir və Çinə qarşı “əsassız ittihamları” qəbul etməkdən imtina edir.
Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkiləri zamanı Trampın xeyrinə müdaxiləsi ilə bağlı xüsusi prokuror tərəfindən təhqiqat aparılmasına baxmayaraq, Çinin siyasi prosesə müdaxiləsi il bağlı indiyə kimi iddialar olmayıb.
Pekin illərdir korporativ casusluqda ittiham edilir. 2015-ci ildə Çinin ABŞ hökumətində iş almaq üçün müraciət etmiş təxminən 4 milyon şəxsə aid məlumat bazasının haker hücumuna məruz qoyduğu bildirilmişdi.
Lakin Tramp administrasiyası Çini ABŞ-da siyasi prosesə müdaxilədə ittiham edir.
ABŞ-ın Milli Kəşfiyyat direktoru Dan Koats keçən həftə xəbərdarlıq edib ki, Çinin kiber məkanda artan günü Birləşmiş Ştatlar üçün ABŞ seçkilərinə müdaxilədən daha böyük təhlükə təşkil edir.
Koats Çin təhlükəsini düşünülmüş, metodik və ciddi kimi xarakterizə edib.