Accessibility links

Tramp Çinin Honq Konqla bağlı atdığı addımları tənqid edib


ABŞ prezidenti Donald Tramp deyir ki, Çinin Honq Konqla bağlı atdığı addımlar saziş öhdəliklərinin pozulmasıdır. O, cümə günü etdiyi çıxışında Pekini ticarət əməlləri, koronavirus pandemiyasına cavabı və Ümumdünya Səhiyyə Təşkilatı ilə əldə etdiyi razılıqlar daxil olmaqla bir neçə səbəbdən dolayı tənqid edib.

Tramp deyib ki, Honq Konq artıq Birləşmiş Ştatlardan xüsusi rəftar görməyəcək və onun administrasiyası şəhəri xüsusi rəftarla təmin edən siyasi istisnaları ləğv etmək prosesini başladacaq.

Cümə günü Ağ Evdə etdiyi çıxışında Tramp Dövlət Departamentinin Honq Konqla bağlı səyahət xəbərdarlıqlarına nəzər salacağını və yeni qaydalarda “Çinin Honq Konq üzərində nəzarətini artırması”nın yaratdığı təhlükələrinin əks olunacağını bildirib.

Çinin Milli Xalq Konqresi bu həftə Honq Konq üzərində milli təhlükəsizlik qanunun tətbiq olunmasını təsdiq edib, baxmayaraq ki, Pekin daha öncə Çin və Honq Konq üçün iki ayrı sistemin olacağına söz vermişdi.

Tramp bunu Honq Konq xalqı, Çin və dünya üçün faciə adlandırıb.

Tramp Çinin ölümcül koronavirus pandemiyası ilə bağlı əməllərini yanlış adlandırıb və deyib ki, Çin rəsmiləri virusla bağlı Ümundünya Səhiyyə Təşkilatı qarşısındakı öhdəliklərini yerinə yetirməyib və təşkilata dünyanı yanlış istiqamətləndirməsi üçün təzyiq göstərib.

Tramp deyib ki, Birləşmiş Ştatlar ÜST ilə əlaqələrinə “son qoyur” və əlavə edib ki, Çin təşkilat üzərində “tam nəzarətə” sahibdir. O, Birləşmiş Ştatların quruma 450 milyon dollar, Çinin isə 40 milyon ianə dollar verdiyini vurğulayıb.

Prezident deyib ki, Birləşmiş Ştatlar bu pulları qlobal ictimai sağlamlıq sahəsində aktual olan digər ehtiyaclara yönəldəcək.

“Dünya Çindən virusla bağlı cavablar almalıdır. Bizim şəffaflığa ehtiyacımız var,” ABŞ prezidenti müxbirlərə bildirib.

Tramp həmçinin təhlükəsizliyə risk hesab olunan bəzi Çin vətəndaşlarının ABŞ-a daxil olmaq icazəsini dayandırdığını deyib.

Ağ Ev cümə günü yaydığı bəyanatda Birləşmiş Ştatlardan qanunsuz yolla əqli mülkiyyət əldə etməkdə ittiham etdiyi çinli tələbələr və tədqiqatçıların ölkəyə girişinə qadağa tatbiq etdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG