Accessibility links

Tramp Çinin tarif artımını dayandırmasını alqışlayır


ABŞ prezidenti Donald Tramp Çinin ABŞ məhsullarına tarif yüksəlmələrini müvəqqəti olaraq dayandırmasını yaxşı qarşılayıb.

"Onlar yenicə ABŞ Tarif Artimlarını müvəqqəti dayandırıblar. ABŞ-ın vəziyyəti əladır. Çin çox böyük və hərtərəfli sövdələşmə etmək istəyir. Bu mümkündür və düşündüyümüzdən də tez!” Tramp cümə günü Twitter-də yazıb.

Çin yanvarın 1-indən $126 milyard dəyərində ABŞ istehsalı olan avtomobillər, yük maşınları və avto hissələrə qoyduğu tariflərin artırılmasını 90 gün müddətinə dayandırıb.

Böyük İyirimliyin bu yaxınlarda keçirilən sammitində İki dövlət başçısı - prezident Şi Cinpinq və Donald Tramp ticari mübahisədə "atəşkəs"-ə razı olublar.

Donald Tramp və Şi Cinpinq Böyük İyirmiliyin sammitində ölkələr arasındakı ticarəti müzakirə ediblər.
Donald Tramp və Şi Cinpinq Böyük İyirmiliyin sammitində ölkələr arasındakı ticarəti müzakirə ediblər.

“Tariflərin müvəqqəti olaraq dayandırılması iki dövlət başçıının razılığını yerinə yetirmək üçün konkret bir addımdır,” Çin Dövlət Tarif Komissiyası Şurasının bəyanat verib.

Tramp artıq müzakirələr zamanı Çin mallarında nəzərdə tutulan ABŞ tariflərini artırmağı müvəqqəti dayandırmaq qərarına gəlib.

Tarif planları ilə əlaqədar qarışıqlıq və narahatlılıq səhm birjalarında təlatümlərə səbəb olub.

XS
SM
MD
LG