Accessibility links

Tramp: Çinlə danışıqlarla bağlı müsbət əlamətlər var


Donald Tramp
Donald Tramp

Cümə günü prezident Donald Tramp çinli həmkarı Şi Tsinpinlə ticarət müharibəsinə son qoymaq üçün gözlənilən danışıqdan öncə “müsbət işarələrin” olduğunu deyib.

“Bəzi yaxşı əlamətlər var, görək nə olacaq”, deyə, Buenos Ayresdə Böyük İyirmilik sammitində iştirak edən Tramp bildirib. Onun şənbə günü Şi ilə nahar edəcəyi gözlənilir.

“Razılıq əldə etsək, yaxşı olacaq. Məncə onlar bunu istəyirlər, məncə elə biz də istəyirik”, Tramp söyləyib.

ABŞ prezidenti bu il 250 milyard dollar dəyərində Çin idxallarına tarif tətbiq edib və Pekindən ədalətsiz ticarət əməllərinə son qoymasını tələb edir.

Çin isə cavab olaraq 110 milayrd dollar dəyərində ABŞ mallarına tarif tətbiq edib.

Lakin Tramp əlavə 267 milyard dollar dəyərində Çin idxallarına tarif tətbiq etməklə hədələyib. Bu isə Apple-ın iPhone-ları və Çində istehsal etdiyi laptoplarına təsir göstərəcək.

Böyük İyirmilikdən öncə Ağ Evin iqtisadiyyat üzrə müşaviri Larri Kudlou Trampın Çindən nə istədiyini izah edib.

“Çin öz əməllərini dəyişməlidir və məsuliyyətli şəkildə ticarət edən ölkələr icmasına qoşulmalıdır”, Kudlou bildirib və ABŞ iqtisadiyyatının ticarət müharibəsinə tab gətirmək üçün Çin iqtisadiyyatından daha yaxşı vəziyyətdə olduğunu vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG