Accessibility links

Tramp ölkədəki iqtisadi problemlərə görə mərkəzi bankı günahlandırır


Tramp ölkədəki iqtisadi problemlərə görə Federal Ehtiyat Bürosunu günahlandırır
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Prezident Donald Tramp bazar ertəsi Federal Ehtiyatlar Sistemini (Mərkəzi Bank) ABŞ iqtisadiyyatının yeganə problemi adlandırıb. Rəsmilər isə prezidentin mərkəzi bankla ixtilafının səbəb olduğu səhm birjasındakı caxnaşmanı müzakirə edirlər.

Səhmlər bazar ertəsi zəifləyən iqtisadi artım, hökümətin bağlanması və Trampın Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli işdən çıxarmaq ehtimalı ilə bağlı narahatlıqların artması səbəbilə yenidən azalıb.

Bizim iqtisadiyyatımızdakı yeganə problem Fed-dir. Onlar bazarı anlamırlar. Fed topu dəliyə sala bilmədiyi üçün xal qazana bilməyən güclü qolfçuya bənzəyir.
Donald Tramp

Dow Jones indeksi 653.1 bal, yəni 2.92 faiz, S&P 500 65.32, yəni 2.7 faiz, Nasdaq isə 140.08, yəni 2.21 faiz azalıb.

ABŞ səhmləri son həftələrdə zəif iqtisadi artımla bağlı narahatlıqlar səbəbilə kəskin azalıb. S&P 500 indeksi isə dekabr ayında Böyük böhrandan bəri ən böyük itkiyə doğru gedir.

Federal Ehtiyat Sisteminin müstəqilliyi ilə bağlı narahatlıqları aradan qaldırmaq əvəzinə, Tramp tvit ataraq, iqtisadi çətinliklərə görə elə məhz mərkəzi bankı günahlandırıb.

“Bizim iqtisadiyyatımızdakı yeganə problem Fed-dir. Onlar bazarı anlamırlar. Fed topu dəliyə sala bilmədiyi üçün xal qazana bilməyən güclü qolfçuya bənzəyir” – deyə, Tramp Twitter-də yazıb.

Tramp tez-tez Fed-in bu il faiz dərəcələrini artırmasını qınayıb.

Maliyyə Nazirliyi bildirib ki, Tramp administrasiyası maliyyə bazarlarını müzakirə etmək üçün bazar ertəsi ABŞ-ın baş maliyyə rəsmiləri ilə telefon danışığı təşkil edib.

ABŞ maliyyə naziri Stiven Mnuçin
ABŞ maliyyə naziri Stiven Mnuçin

Prezidentin Maliyyə Bazarları üzrə İşçi Qrupu ilə telefon danışığını maliyyə naziri Stiven Mnuçinin aparacağı gözlənilirdi.

Bundan əlavə Mnuçin bazar günü ABŞ-ın ən böyük bankirlərinə zəng edərək, onlardan bankların hələ də kredit verə bildiyinə dair əldə edib.

Əgər Mnunçinin bankları maliyyə durumları ilə bağlı sorğu-sual etmək və adətən böhran zamanı bir araya gələn bir qrup rəsmi ilə telefon danışığı aparmaq səylərinin məqsədi bazarı sakitləşdirmək idisə, bazar ertəsi bunun heç bir müsbət nəticəsi olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG