Accessibility links

Tramp özünü Kohendən uzaqlaşdırır


Prezident Donald Tramp özünü Maykl Kohendən uzaqlaşdırır. Bu, Federal Təhqiqat Bürosunun Trampın uzun illər şəxsi vəkili olmuş Kohen ilə bağlı istintaq apardığı vaxta təsadüf edir.

"Mən həmişə Maykl-ı sevmişəm. Amma uzun zamandır ki, onunla danışmıram," deyə Tramp cümə günü Ağ Evdə müxbirlərə bildirib. Trampın ən çox etimad etdiyi keçmiş vəkilinin hələ də onun vəkili olub-olmadığı ilə bağlı suala prezident “xeyr”cavabını verib.

"Xeyr, o artıq mənim vəkilim deyil. Amma mən onu hər zaman bəyənmişəm və düşünürəm ki, o yaxşı insandır," Tramp deyib.

Prezident Donald Tramp
Prezident Donald Tramp

Onun bu sözləri aprel ayında Kohenin evi və ofisindən alınan sənədlərin detallı bir şəkildə nəzərdən keçirilməsinin onun biznes əlaqələri ilə bağlı aparılan cinayət istintaqının yavaşlamasına səbəb olmayacağı açıqlanandan sonra deyib. Bu sənədlərin nəzərdən keçirilməsinə səbəb prokurora təqdim edilməyəcək sənədləri müəyyən etməkdir.

Bu prosesə nəzarət etmək üçün hakim tərəfindən təyin olunan keçmiş federal hakim Barbara Cons məhkəməyə təqdim etdiyi yazılı ifadədə bildirib ki, Kohen, Tramp və Tramp təşkilatının vəkillərinin bu prosesi bitirmələri üçün cümə gününə təyin olunan son möhlət tarixi 10 gün uzadılmalıdır.

Kohenə qarşı cinayət ittihamı irəli sürülməyib.

Cümə günü prokurorlar deyib ki, onlar reyd zamanı tapılan kəsilib tullanmış kağızları birləşdirərək 16 səhifəlik sənədləri bərpa edib.

Onlar həmçinin Kohenin elektron cihazlarında təhlükəsiz applikasiyalar vasitəsilə göndərilmiş 700 səhifədən çox şifrə ilə qorunan mesaj bərpa edib.

Bu həftənin əvvəli Kohenin onu istintaq zamanı təmsil etmək üçün yeni vəkillər tapmağı planlaşdırdığı və daha öncə Manhattanda federal prokurorlar vəzifəsində çalışanlara üstünlük verdiyinə dair məlumat yayılmışdı.

Bəziləri bu xəbər Korehinin prokurorlarla iş birliyi etməyə meyli olduğu kimi qiymətləndirsə də, insanların vəkil dəyişikliyi etməsi normal bir haldır.

XS
SM
MD
LG