Accessibility links

Tramp özəl xeyriyyə fondunu bağlayıb


Nyu-Yorkun baş prokuroru fond pullarını 2016-cı il prezident kampaniyası və biznes müəssisələrinin maraqları üçün istifadə etdiyinə görə Trampı məhkəməyə verdikdən sonra ABŞ prezidenti Donald Tramp şəxsi xeyriyyə fondunu bağlayıb.

Nyu-York şəhərinin baş prokuroru Barbara Andervud fondun Donald Trampın iş və siyasi maraqlarına xidmət etmək üçün şəxsi çek kitabçası kimi fəaliyyət göstərdiyini söyləyib.

Baş prokuror bildirib ki, fondun aktivləri növbəti 30 gün ərzində onun ofisinin nəzarəti altında xeyriyyə təşkilatlarına paylanacaq.

Razilaşma baş prokurorun fonda qarşı Donald Tramp və onun övladlarının vergidən azad olan fondun pullarından sui-istifadə etməkdə və bununla da seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozması ittihamı ilə açdığı məhkəmə işinə son qoymur.

Məhkəmə həmçinin 2,8 milyon dolların qaytarılmasını və Trampın üç uşağının Nyu-Yorkun hər-hansı bir qeyri-kommersiya qrupunun idarə heyətinə qatılmasına qadağa qoyulmasını tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG