Accessibility links

Tramp üçün "bitməyən müharibələrə" son qoymaq çətindir


Tramp üçün "bitməyən müharibələrə" son qoymaq çətindir
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Tramp üçün "bitməyən müharibələrə" son qoymaq çətindir

Dünyanın 150 ölkəsində ABŞ ordusunun əsgərləri xidmət edir. Buna Suriya da daxil olmaqla yeddi aktiv müharibə ölkəsi də aiddir.

Ağ Evdə hakimiyyətə gələn zaman Donald Tramp "bitməz müharibələr" adlandırdığı xarici müdaxilədən qaçınan hərbi siyasət irəli sürmüşdü.

"Müdaxilə və xaosun dağıdıcı tsiklı nəhayət sona çatmalıdır." - deyə, Donald Tramp qeyd edib.
Prezident Tramp daha az hərbi müdaxilə ilə bağlı vəd verməsinə baxmayaraq müdafiə xərcləri azalmayıb. Qlobal xərclərinin 35 faizini hərbiyə ayıran ABŞ dünyanın ən böyük hərbi büdcəsinə sahib ölkə olaraq qalmağa davam edir.

Prezidentin ABŞ ordusunu Suriyadan geri çəkmə qərarı bir çoxları tərəfindən tələsik və pis planlaşdırılmış qərar kimi tənqid olunmuşdu. Lakin, Trampın xarici hərbi missiyaları məhdudlaşdırmaq siyasəti Demokratlar partiyasından prezidentliyə namizəd olunması gözlənilən Elizabet Varren də daxil olmaqla bəzi solyönümlü şəxslər tərəfindən dəstəklənir.

Bəziləri düşünür ki, Trampın fəlsəfəsi keçmiş prezident Barak Obama siyasətinin əks-sədasıdır.

"Tramp administirasiyası yeni münqaişə və ya müharibə axtarışında deyil. Onlar nəinki yeni müharibə istəmir, əksinə köhnə müharibələrdən də çıxmağa çalışır." - deyə, Vilson Mərkəzinin təhlilçisi Aron Miller bildirib.

Ancaq bəzən tərk etmək daha çox problemin ortaya çıxmasına səbəb olur. ABŞ siyasətçiləri hələ də ABŞ tarixinin ən uzunmüddətli müharibəsi olan Əfqanıstana müdaxilənin nəticələrini həll etməyə çalışır.

Suriyada isə İŞİD, İran və Rusiyanın iştirakı müharibəni daha mürəkkəb edir.

"Çıxmaq uyğun bir seçim deyil. Çünki, bu hər şeydən keçmək deməkdir." - deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi nümayəndəsi Set Cons bildirib.

ABŞ hərbi avadanlıqlarını döyüş ərazilərindən geri çəkməyə başladığı bir vaxtda, təhlilçilər siyasi həll yolunun tapılması bağlı çağırışlar edib.

"ABŞ yerləşdirmə stratagiyasını yeniləməlidir. Bundan əlavə hər hansı ictimai açıqlama etməzdən öncə bunu planlaşdırmalı və danışıqlar aparmalıdır." - deyə, Seth Jons əlavə edib.

Dövlət katibi Mayk Pompeo bu həftə ABŞ-ın mövqeyinin dəyişilməsindən narahat olan müttəfiqlərini əmin etmək üçün Yaxın Şərqdə yerləşən doqquz ölkəyə rəsmi səfər edəcək.

XS
SM
MD
LG