Accessibility links

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmən çıxır


Ağ Ev BMT-yə ölkədə COVID-19-a yoluxma hallarının sürətlə artmasına baxmayaraq, Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatından çıxardığı barədə rəsmi olaraq məlumat verib.

Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı üçün maliyyəsəsini aprel ayında dondurub, bir aydan sonra isə təşkilatdan ayrılacağını bəyan edib. O, təşkilatı koronavirusun yayılması ilə bağlı Çinin məlumatlarını təbliğ etməkdə günahlandırıb və islahatlar tələb edib.

“Biz onların keçirilməli olduğu islahatları təfərrüatı ilə açıqladıq və onlarla birbaşa əlaqəyə girdik, lakin onlar hərəkət etməkdən imtina etdilər. Onlar tələb olunan və çox ehtiyac duyulan islahatları keçirə bilmədikləri üçün bu gün biz münasibətləri kəsəcəyik" - deyə, Tramp may ayında bildirmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına görə, qurumu tərk edən hər bir ölkə bu barədə bir il əvvəl məlumat verməlidir. Əgər Tramp noyabr seçkilərində məğlub olarsa, növbəti prezident qurumda qalmaq qərarı verə bilər.

Prezidentliyə Demokrat namizəd Co Bayden noyabr seçkilərində qalib gəlsə "prezidentliyinin ilk günündə" Ümumdünya Səhiyyə Təşkilatına yenidən qoşulacağını və ABŞ-ın "dünya səhnəsindəki liderliyini bərpa edəcəyini" deyib.

Birləşmiş Ştatlar COVID-19-la dünyada birinci yerdədir. Belə ki, ölkədə təxminən 3 milyon yoluxma, 131 min ölüm halı qeydə alınıb.

ABŞ-ın səhiyyə mütəxəssisləri prezidentin Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq qərarının yalnış olduğunu və xəstəliklərə qarşı on illərdir aparılan əməkdaşlığa zərər vurduğunu deyib.

"Masanı tərk etməsi ABŞ-ın virusa qarşı mübarizədə və vaksinlərin inkişafında qlobal səylər və qlobal qərarlar qəbul etmək imkanlarını əlindən alaraq, bizim də qlobal səəhiyiyədə lider mövqeyimizi azaldacaq və bizi COVID-19-a qarşı daha həssas vəzəiyyətdə qoyacaq", Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin prezidenti Tomas Fayl deyib.

XS
SM
MD
LG