Accessibility links

Tramp Şimali Karolinada qasırğanın yaxınlaşması ilə fövqəladə vəziyyət elan edib


Tropik İsayas fırtınası ABŞ-ın şərq sahilinə doğru irəlilədikcə bazar ertəsi gecə Şimali Karolina və Cənubi Karolina ştatları arasındakı sərhədi boyunca güclü yağışlar və küləklər təhlükəsi barədə xəbərdarlıq edilib.

Milli Qasırğa Mərkəzi gecə saatlarında Florida ştatından keçən, bazar ertəsi isə gün ərzində Corciya ştatına çatan İsayas qasırğasının mərkəzinin dənizdə qalacağını bildirib.

İsayasın bazar ertəsi səhər tezdən saatda 110 kilometr sürətlə əsən küləklərlə müşayiət olunacağı və quruya çatanda da güclü tropik fırtına olaraq qalacağı gözlənilir.

Proqnozlara görə İsayas qasırğası yaxın bir neçə gündə şimala doğru irəlilədikcə Şimali və Cənubi Karolinalar və bölgədəki digər ştatlarda yağıntıların həcmi 7 ilə15 santimetrə çata bilər.

Tropik fırtına xəbərdarlıqları Floridadan tutmuş şimala, Delaver ştatına qədər bütün sahil boyu bazar ertəsi qüvvədə qalır.

Prezident Donald Tramp Şimali Karolinada fövqəladə vəziyyət elan edib və fırtınadan əvvəl federal hökumətin fəlakət zamanı şəhər və qəsəbələrin yardım işlərini koordinasiyası etməsi üçün vəsait ayırıb. Tramp şənbə günü Florida ştatı üçün də eyni bəyanat verib.

XS
SM
MD
LG