Accessibility links

Tramp Şimali Karolinanı ziyarət edir


ABŞ prezidenti Donald Trump çərşənbə axşamı Florens qasırğası nəticəsində böyük zərərə məruz qalmış Şimali Karolina ştatına səfər edib. Səfər zamanı Tramp qasırğanın nəticələrinin aradan qaldırılması səyləri ilə yaxından tanış olacaq.

Florens qasırğası nəticəsində azı 32 nəfər ölüb və Şimali Karolina ştatının bir çox şəhərini tamamən sel basıb.

Moody's Analytics şirkətinin verdiyi məlumata görə, Florens Şimali Karolinaya 22 milyard dollarlıq maddi ziyan vurub.

Səfərdən öncə Trump Tvitterdə yazıb: "Hər kəs öz rəhbərliyinin Florens Qasırğası ilə bağlı etdiyi gözəl işlərdən danışır."

O həmçinin Demokratları nəzərdə tutaraq yazıb ki, onlar "yaxın zamanda dövlətin qasırğaya münasibətinin `çox faciəvi` olduğunu yazacaqlar".

XS
SM
MD
LG