Accessibility links

Donald Tramp Şimali Koreya prezidentindən "çox gözəl bir məktub" aldığını deyir


Prezident Donald Tramp cümə günü Şimali Koreya lideri Kim Con Undan "çox gözəl bir məktub" aldığını və onunla başqa bir görüş keçirə biləcəyini deyib.

Müxbirlərlə önündə çıxış edən Donald Tramp bu görüşün nə vaxt baş tutacağı barədə heç nə deməyib. Tramp və Kim arasında iyunun 30-da keçirilən görüşdə iki liderin dayandırılan danışqları bərpa etməklə bağlı razılıq əldə etməsinə baxmayaraq, Şimali Koreya raketlərinin sınağını keçirməkdə davam edir.

Tramp Ağ Evdə jurnalistlərə məktubun cümə axşamı günü ona şəxsən təqdim edildiyini desə də, kim tərəfindən təqdim edildiyini deməyib.

"Çox müsbət bir məktub idi. Düşünürəm ki, daha bir görüşümüz olacaq. O, həqiqətən gözəl, üç səhifəli bir məktub yazıb. Başdan axıradək həqiqətən gözəl bir məktub yazıb" - deyə, Tramp bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG