Accessibility links

Tramp: Şimali Koreya lideri ilə sammit baş tutacaq


ABŞ president Donald Tramp cümə günü Ağ Evdə Şimali Koruyanın ikinci ən güçlü adamı adlandırdığı general ilə 80 dəqiqə görüş keçirib.

Daha sonra Tramp müxbirlərə deyib ki, onunla Şimali Koreya lideri Kim Conq Un arasında iyunun 12-də Sinqapurda sammit baş tutacaq.

Lakin Tramp gözləntiləri azaldıb və deyib ki, sammit “bir başlanğıc” olacaq və Pxenyanı nüvəsizləşdirməyə razı salmaq üçün əlavə müzkirələr aparılmalıdır.

President Donald Tramp və Kim Yonq Çol
President Donald Tramp və Kim Yonq Çol

“Biz iyunun 12-də heç nəyə imza atmayacağıq. Biz prosesi başladacağıq,” o deyib.

Prezident deyib ki, Şimaki Koreyanın hərbi kəşfiyyat idarəsinin keçmiş rəhbəri Kim Yonq Çola “Tələsməyin. Biz bu addımları tez də, yavaş da ata bilərik,” söyləyib.

Prezident Şimali Koreyaya qarşı sanskiyaların, onlar nüvə arsenalından əl çəkməyənədək aradan qaldırılmayacağına aydınlıq gətirib.

Şimali Koreya lideri Kim Conq Un
Şimali Koreya lideri Kim Conq Un

Bəzi müşahidəçilər Tramp ilə Kimin əldə etmək istədikləri razılıqla bağlı aydın gözləntilərinin olduğunu deyir.

Lakin onların gözləntilərinin hər hansı mənada üst-üstə düşüb-düşməyəcəyi hələ aydın deyil.

Cümə günü amerikalı şirkətlərə qarşı kiber-hücumlarla əlaqəsi olduğuna görə ABŞ sanksiyalarına məruz falan Kim Yonq Çol Ağ Evdə prezident Trampa Kim Conq Unun ona ünvanladığı məktubu təqdim edib.

Tramp məktubda nə yazıldığını açıqlamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG