Accessibility links

Tramp Şimali Koreyanın raket sınaqlarını “adi hadisə’’ adlandırıb


ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, o, Şimali Koreyanın bu günlərdə keçirdiyi yaxın mənzilli ballistik raket sınağını “etibarın qırılması” kimi qiymətləndirmir.

Politico nəşrinə müsahibəsində Tramp Şimali Koreyanın raket sınağının “adi hadisə” olduğunu bildirib: “Həmin raketlər yaxın mənzillidirlər və mən bunu etibarın qırılması kimi qiymətləndirmirəm.”

Şimali Koreya cümə axşamı iki yaxın mənzilli raket buraxıb. Raket sınağı son həftə ərzində ikinci dəfədir ki, keçirilir.

Pentaqon bildirib ki, ballistik raketlər 300 kilometr məsafəni qət edərək, okeana eniş ediblər.

Tramp əlavə edib ki, ola bilsin ki, nəticədə Şimali Koreya lideri Kim Conq Un ilə daha öncə “çox güclü” dəyərləndirdiyi münasibətlərinə inamı itsin: “Müəyyən bir nöqtədə bu baş verə bilər, amma hal-hazırda bu belə deyil.”

Tramp müsahibədə Şimali Koreya ilə əlavə danışıqların keçirilməsinə açıq olduğu təəsüratı bağışladı: “Münasibətlər davam edir. Mən bilirəm ki, onlar danışıqlar keçirmək istəyir, onlar danışıqların keçirilməsi barədə danışırlar. Lakin düşünmürəm ki, onlar danışıqlar aparmağa hazırdırlar.”

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG