Accessibility links

Tramp ədliyyə nazirini tənqid etdi


ABŞ prezidenti Donald Tramp baş prokuror Cef Seşşinsi ölkənin ən yüksək hüquq-mühafizə məmuru kimi öhdəliklərini yerinə yetirmədiyi üçün tənqid edib.

Cənab Seşşin işinizin öhdəsindən gəlmədiyiniz barədə şərhiniz varmı?
Donald Tramp

Jurnalistlərə verdiyi son şərhlərin birində Tramp onun heç bir baş prokuror olmadığını söyləyib.

“Cənab Seşşin işinizin öhdəsindən gəlmədiyiniz barədə şərhiniz varmı?”, deyə Donald Tramp deyib.

Seşşin çərşənbə günü federal hökumət tərəfindən dəstəklənən texnologiyaların şəhərdəki cinayət hadisələrinə nə dərəcədə kömək etdiyini yoxlamaq üçün Çikaqo polis idarəsini tərk etdiyi zaman jurnalistlərə əhəmiyyət verməyib.

ABŞ-ın Ədliyyə naziri Cef Seşşins
ABŞ-ın Ədliyyə naziri Cef Seşşins

​Lakin Trampı dəstəkləyən ilk senator olan Seşşin Rusiyanın Trampın seçki kampaniyasına olan bağlılıqla əlaqəli uzunmüddətli istintaqın nəzarətindən özünü çıxarmaq qərarı ilə prezidentin davamlı ictimai qəzəbini aradan qaldıra bilməz.

Cef Seşşinsin köməkçisi Trampın etirazına görə xüsusi prokuror təyin edib. Xüsusi təhqiqatçı Robert Müller Trampın kampaniyasını və onun prezident kimi rəftarını araşdırmaqda davam etməklə yanaşı, prezidentin kampaniya meneceri Pol Manafortun işi daxil olmaqla, artıq bir neçə məhkəmə işini udub.

Trampla mütəmadi ünsiyyətdə olan respublikaçı senator Lindsi Qraham tezliklə Ədliyyə Nazirliyində dəyişiklərin olacağını və Seşşinsin vəzifəsindən yəgin ki, gedəcəyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG