Accessibility links

Tramp-Ərdoğan görüşü ərəfəsində gərginliklər


ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun baş qərargahında görüş zamanı, 11 iyul, 2018.
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun baş qərargahında görüş zamanı, 11 iyul, 2018.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfəri bəzi müşahidəçilər tərəfindən bir sıra siyasi məsələlərdə fikir ayrılıqlarına görə gərgin münasibətlərin bərpası üçün bir imkan kimi qiymətləndirilir.

Türkiyənin Suriya kürdlərinin YPG qrupuna qarşı hərbi əməliyyatlarının zirvə görüşünün əsas diqqət mərkəzində olacağı gözlənilir. Ankara YPG döyüşçülərini terrorçular hesab edir, lakin qrup ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində mühüm müttəfiqlərdən biridir.

ABŞ Konqresi kürdlərə qarşı hərbi əməliyyatlarına görə Türkiyəyə qarşı geniş sanksiyaların tətbiq edilə biləcəyi ilə hədələyir. Bu sanksiyaların bəzisi Ərdoğanın özünü hədəf alır.

Türkiyənin zirehli texnikası Türkiyə-Suriya sərhədindəki İdil şəhəri yaxınlığında, 8 noyabr, 2019.
Türkiyənin zirehli texnikası Türkiyə-Suriya sərhədindəki İdil şəhəri yaxınlığında, 8 noyabr, 2019.

Bununla belə, Ərdoğan Vaşinqton və Moskva ilə kürdlərə qarşı hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaların risk altında olduğu ilə bağlı xəbərdarlıq edir. Türkiyə lideri kürd birləşmələrini Türkiyə sərhədindən geri çəkilməməkdə günahlandırır.

Bəzi təhlilçilər Ərdoğanın Suriyada əməliyyatların bərpa edilməsinə Trampın ən azı sükutla dəstəyini təmin etməyə çalışacağını deyir.

Prezidentlər arasında bu həftə baş tutacaq zirvə görüşü NATO müttəfiqləri arasında münasibətlərin kritik bir məqama yetişməsi kimi dəyərləndirilir.

“Bu, olduqca mühüm bir görüşdür” -deyə, Beynəlxalq Əlaqələr üzrə Avropa Şurasının təhlilçisi Aslı Aydıntaşbaş bildirib.

“İki ölkə arasında bir sıra problemlər var. Əslində, münasibətlər heç vaxt indiki kimi pis olmayıb. Əlbəttə, hazırda Türkiyənin Suriyaya müdaxiləsi və ABŞ-ın etirazları kimi davam edən problem var. Orada baş verənlər olduqca dəyişkən xarakter daşıyır”, Aslı Altıntaşbaş qeyd edib.

Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələri Ankara şəhəri yaxınlığındakı Mürted hava meydanına çatdırılır, 12 iyul, 2019.
Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələri Ankara şəhəri yaxınlığındakı Mürted hava meydanına çatdırılır, 12 iyul, 2019.

Lakin münasibətlərdə gərginliklərə baxmayaraq, belə görünür, iki prezident öz aralarında yaxşı əlaqələr qurub və Ankara bunun münasibətlərin bərpasına imkan verə biləcəyinə inanır.

Aslı Altıntaşbaş xəbərdarlıq edir ki, Ankaranın fikir ayrılıqlarını yoluna qoymaq üçün bütünlüklə Trampa arxalanmsı riskli strategiya ola bilər.

“Ankara tərəfindən ən böyük strateji səhv münasibətləri bütünlüklə prezident Trampla – bir nəfərlə və onun tvitləri ilə bağlamasıdır. Bu, çox riskli bir yanaşmadır. Mən deyərdim ki, bir əsrdən çox yaşı olan münasibətlərdə “rus ruleti” kimi bir şeydir”, o bildirib.

Ərdoğan Trampın Amerikadan döyüş təyyarələrinin alınmasına qoyulmuş embarqonu aradan qaldıracağına ümid edir.

Tramp embarqonu Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemləri almasından sonra qoyub.

F-35 hərbi təyyarəsi
F-35 hərbi təyyarəsi

Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini, F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını və Rusiya kəşfiyyatına yardım edəcəyini hesab edir. Tramp administrasiyası Türkiyəni F-35 proqramından iyul ayında çıxarıb.

Vaşinqton Ankaranın Moskva ilə münasibətləri dərinləşdirməsindən narahatdır, lakin təhlilçilər Trampın manevr etmək üçün imkanlarını sual edir.

“Prezident Tramp impiçment proseduruna görə siyasi təzyiq altındadır. O özünü rahat hiss etmir. Konqresdə anti-Türkiyə əhval ruhiyyəsinə görə o, təzyiq altında olacaq və yəqin ki, bir o qədər açıq olmayacaq. Türkiyəyə sanksiyaların tətbiq edilməsi üçün təzyiqlər artır” - deyə, Türkiyənin keçmiş səfiri Midhət Rende bildirib.

Türkiyə mətbuatı Trampın Ərdoğana kompromis məktubu göndərdiyi haqda məlumat verib. Verilən məlumatlara əsasən, Tramp Ankaranın Rusiya raketlərini aktivləşdirməməsi və gələcəkdə raket almaması müqabilində sanksiyaları aradan qaldıra bilər.

Bu ilin əvvəli ABŞ senatoru Lindsi Qraham eyni təkliflə çıxış edib, Ərdoğan isə bunu rədd edərək, ölkənin işlətmədiyi halda, nədən raket müdafiə sistemi almasını sual edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG