Accessibility links

Tramp Ərdoğanla Suriyada durumu müzakirə edib


ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı Suriyada durumu müzakirə edib.

Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında Ərdoğanla uzun və konstruktiv söhbət etdiyini bildirib.

“Prezident Ərdoğanla uzun və konstruktiv söhbət etdik. Biz İŞİD, Suriyada ümumi iştrakımız və ABŞ hərbi qüvvələrinin ərazidən tədricən və koordinasiya edilmiş çıxışı kimi məsələləri müzakirə etdik. İllərdən sonra vətənə qayıdırlar. Biz eyni zamanda, genişlənən ticarət məsələlərini də müzakirə etmişik”, Tramp mesajında yazıb.

ABŞ prezidenti Donald Tramp bu həftə gözlənilmədən Vaşinqtonun təxminən 2 min nəfərdən ibarət əsgəri qüvvəni Suriyadan geri çəkəcəyini elan edib.

Ərdoğan ABŞ-ın hərbi qüvvələrini ərazidən çəkmək qərarını alqışlayıb. Türkiyə prezidenti Trampın Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması qərarını verməsindən sonra Suriyada söz verdiyi hücumu gecikdirəcəyini bildirib.

ABŞ və Türkiyə hərbi qüvvələrinin əsgərləri ilk dəfə olaraq Mənbic yaxınlığında birgə patrol missiyası zamanı, Manbij, 1 noyabr, 2018.
ABŞ və Türkiyə hərbi qüvvələrinin əsgərləri ilk dəfə olaraq Mənbic yaxınlığında birgə patrol missiyası zamanı, Manbij, 1 noyabr, 2018.

Türkiyə üçün bu addım Birləşmiş Ştatlarla toqquşma mənbəyini aradan qaldırır. Ərdoğan uzun müddət NATO müttəfiqini İslam Dövləti qrupuna qarşı mübarizədə Suriyanın kürd YPG döyüşçülərini dəstəklədiyinə görə kəskin tənqid edib. Türkiyə YPG-ni terrorçu qrup və Türkiyə ərazisində kürd muxtariyyəti uğrunda döyüşən PKK-nin qolu hesab edir.

Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması haqda qərarını elan etməsindən bir gün sonra müdafiə naziri Cim Mattis, bundan sonra isə ABŞ-ın İslam Dövləti qrupuna qarşı mübarizə aparan qlobal koalisiya üzrə xüsusi nümayəndəsi Brett MakGörk istefa veriblər.

Mattis Trampa şəxsən təqdim etdiyi istefa məktubunda onun adını çəkməsə də, özünün və prezidentin xüsusilə də müttəfiqlər və ABŞ-ın gücündən istifadə kimi məsələlərdə kəskin fikir ayrılıqlarını qeyd edib. Pentaqon ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasının əleyhinə idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG