Accessibility links

Tramp-Kim sammiti fevralın sonunda baş tutacaq


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Konqres qarşısındakı illik hesabat məruzəsi zamanı Şimali Koreya lideri Kim Conq Unla bu ayın sonunda ikinci görüşün keçiriləcəyini bildirib.

Donald Tramp Şimali Koreya lideri ilə növbəti görüşün fevralın 27-28-də Vyetnamda olacağını deyib.

“Mən prezident seçilməsəydim, fikrimcə biz Şimali Koreya ilə müharibə vəziyyətində olacaqdıq və milyonlarla insan həlak ola bilərdi. Görüləsi çox iş qalıb, lakin mənim Kim Conq Unla əlaqələrim yaxşıdır”, Donald Tramp.

Tramp görüşün harada keçiriləcəyini dəqiq deməsə də, sahil şəhəri Da Nang və ya paytaxt Xanoy olacağı güman edilir.

Trampla Kimin keçən ilin iyununda Sinqapurda keçirilmiş ilk görüşündən sonra ABŞ və Şimali Koreya arasındakı müzakirələr ləng keçirilir.

Həmin zirvə görüşü zamanı Tramp və Kim arasında “Koreya yarımadasının nüvəsizləşdirilməsi yolunda” razılıq əldə olunub.

Lakin hər iki tərəf bunun necə və nə vaxt həyata keçiriləcəyi fikirində razılığa gələ bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG