Prezident Donald Tramp cümə axşamı çıxışı zamanı bildirib ki, "ilin sonuna qədər və ya bir az da tez" ABŞ-da peyvəndlənmə porsesi başlanacaq.
Trampın Ağ Evin Cənub Bağçasında Respublikaçılar Partiyasından namizədliyini qəbul edərkən söylədiyi nitqdə bu açıqlamanı verib.
Ekspertlər bildirir ki, bəzən peyvəndin hazırlanması, test edilməsi və pasientlərə vurulmasından əvvəl təhlükəsizliyin sübut olunması üçün on illər tələb olunur. Lakin bununla bərabər razılaşdırılmış birgə beynəlxalq səylərin nəticəsində növbəti bir il ərzində effektiv peyvəndin hazırlanmasına ümid yüksəkdir.
Tramp Ağ Evin Cənub Bağçasında maskasız və sosial məsafə saxlamadan oturan tamaşaçılara bildirib: "Yeni və gözəgörünməz düşmən son aylarda millətimizə və bütün planetə zərbə vurdu"
Con Hopkins Univesitetinin məlumatına əsasən hazırda dünyada koronavirusa yoluxanların sayı 24 milyonu ötüb. Dünya üzrə ümumi yoluxmaların beş faizi ABŞ-da qeydə alınıb.
Prezident nadir hallarda ictimaiyyət qarşısında maska taxır və virusun yayılmasının qarşısını almaq üçün gərəkli tədbirlərdən danışır.
Hazırda dünya üzrə koronavirsa yolxumalarda yeni artımlar müşahidə olnur. Hindistan cümə günü ötən 24 saat ərzində 77,266 yeni yoluxma halı qeydə aldığını xəbər verir. Bu, Cənubi Asiya ölkəsində bu günə qədər qeydə alınmış ən yüksək göstəricidir.
Fransanın paytaxtı Parisdə isə maska taxmaq məcburi elan edilib. Yeni qayda cümə axşamı 6,000, çərşənbə günü isə 5,000-dən çox yeni yoluxma halının qeydə alınmasından sonra tətbiq olunub.