Accessibility links

Tramp 24 aprel mesajında yenə "böyük fəlakət" ifadəsini işlədib


ABŞ prezidenti Donald Tramp Birinci Dünya Müharibəsi dövrü Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələrin anım günü hesab edilən 24 aprel günü bəyanatında keçən il olduğu kimi bu il də “Meds Yeghern”-"böyük fəlakət" ifadəsini işlədib.

“Bu gün 20-ci əsrin ən böyük kütləvi qırğınlarının birini, Osmanlı imperiyasının son illərində 1.5 milyon erməninin deportasiya edilməsi, qətlə yetirilib, ölümə göndərilməsini xatırlayırıq. Biz 1915-ci ildəki qorxunc hadisələri xatırlayır və itirilmiş həyatlara və çoxsaylı zərər çəkənlərə görə kədərlənirik”, Trampın bəyanatında deyilir.

“Biz eyni zamanda, zorakılıqları dayandırmağa çalışan və sağ qalanlara yardım göstərib, icmaların bərpasında əməyi olan və o cümlədən, zorakılığa son qoymağa çalışıb, sonra isə erməni xalqına kömək etmək üçün Yaxın Şərqdə maliyyə toplayan ABŞ-ın Osmanlı imperiyasındakı səfiri Henri Morgenthau kimi hər kəsi minnətdarlıqla anırıq”, ABŞ prezidentinin 24 aprel bəyanatında qeyd edilir.

Sənəddə faicəni yaşamış çox sayda erməninin Birləşmiş Ştatlarda yeni həyat qurub, ölkəyə verdiyi saysız töhfələr vurğulanır.

ABŞ prezidenti Meds Yeghern kimi fəlakətlərin təkrarlanmamalı olduğunu bildirib. Sənəddə keçmişin ağrılı səhifələrinin tanınmasının daha tolerant bir gələcək qurulması üçün irəliyə doğru atılan addım olduğu deyilir. “Biz bu acı gündə həlak olanların xatirəsini anaraq və daha yaxşı bir gələcək qurmaq işinə sadiq qalaraq, bütün dünyada ermənilərlə çiyin-çiyinə dayanırıq”, bəyanatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG