ABŞ prezidenti Ağ Evə dönüb. O, ABŞ-ın İraqdakı hərbi qüvvələrini ziyarət etdikdən sonra tvit edərək yazıb ki, "İraq və Almnaiyadakı qoşunlarımızla görüşdən yenicə döndüm. Bir şeyi yaxşı bilirəm, ölkəmizi qələbənin nə demək olduğunu bilən misilsiz insanlar təmsil edir.
“Prezident Tramp və birinci xanım hərbi qüvvələrimiz və yüksək rütbəli rəhbərliyə göstərdikləri xidmətə, nailiyyətlərinə və verdiyi qurbanlara görə təşəkkür etmək və Milad bayramı münasibətilə ən xoş arzularını çatdırmaq üçün Milad gecəsi İraqa səfər ediblər” - deyə, Ağ Evin mətbuat katibi Sara Sanders Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.
Bu, prezident Trampın münaqişə zonasına etdiyi ilk səfərdir. ABŞ prezidentinin İraqa gözlənilmədən səfəri onun Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılacağını elan etməsindən bir neçə gün sonraya təsadüf edir.
Tramp hakimiyyətə gəldiyi vaxtdan ABŞ-ın münaqişə zonalarında yerləşdirilmiş hərbi qüvvələrini ziyarət etmədiyinə görə dəfələrlə tənqidlərə məruz qalmışdı.
Hazırda İraqda hərbi əməliyyatlar aparılmasa da, ABŞ hərbçiləri İslam Dövləti qrupuna qarşı mübarizə aparan İraq hərbi qüvvələrinə təlim verir.
Prezident və birinci xanım qüvvələri salamladıqdan sonra şəkillər çəkdirib, avtoqraflar imzalayıb. 3 saatdan sonra onlar yola düşüb.