Accessibility links

Tramp Ağ Evdə Polşa prezidentini qəbul edib


ABŞ prezidenti Donald Tramp və birinci xanımı Melaniya Tramp Ağ Evdə Polşa prezidenti Andjey Duda və onun xanımı Aqata Kornhauser-Dudanı qəbul edib, 18 sentyabr, 2018.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Ağ Evdə Polşa prezidenti Andjey Dudadını qəbul edib. Bu, Trampın prezident seçilməsindən sonra Polşa prezidentinin ABŞ-a ilk səfəridir.

Ağ Evdən verilən məlumata görə, ikitərəfli danışıqların diqqət mərkəzində ticarət, hərbi əməkdaşlıq və təhlükəsizlik məsələləri olub.

İki prezident müxbirlərlə qısa söhbət edib.

Prezident Tramp Polşaya səfərini qeyd edib və Amerika-Polşa münasibətlərinə yüksək qiymət verdiyini deyib.

Preziden Andjey Duda öz növbəsində Trampın Polşaya səfərinə toxunaraq, onun Varşavada etdiyi çıxışından böyük məmnunluq duyduğunu qeyd edib.

Prezident Trampa həmçinin Rusiya təhqiqatı ilə bağlı sual verilib. O, təhqiqatı bundan əvvəl də olduğu kimi “ifritə ovu” adlandırıb.

XS
SM
MD
LG