Accessibility links

Tramp Ağ Evdə Polşa prezidentini qəbul edib


ABŞ prezidenti Donald Tramp ölkəsində yenidən prezident seçilmək üçün ciddi rəqabətlə qarşılaşan Polşa prezidenti Andrzej Dudanı çərşənbə günü Ağ Evdə qəbul edir.

Polşa seçiciləri dörd gündən sonra sağ cinahı təmsil edən prezidentin ikinci müddət vəzifədə olub-olmayacağı haqda qərar verəcək.

ABŞ prezidentinin yaxın müttəfiqi olan Duda Trampın Rusiyanın 2014-cü ildə Krımı ilhaqından sonra daha çox hərbi dəstəyə ehtiyac olduğunu bildirən Polşaya ABŞ-ın daha çox hərbi yardım ayıracağını elan edəcəyinə ümid bəslədiyi haqda məlumat verilir.

Təcili olaraq təşkil edilən bu görüş Trampın bu ayın əvvəlində Almaniyadakı ABŞ hərbi qüvvələrinin sayını 34 min 500-dən 25 minə qədər azaldılacağını gözləniləmədən elan etməsindən sonraya təsadüf edir. Bu, Trampın qüvvələri Polşaya göndərə bilməsilə bağlı fərziyyələrin irəli sürülməsinə səbəb olub.

Polşa mediası ABŞ-ın həm də ölkəni döyüş və hərbi yük təyyarələri ilə də təmin edə biləcəyi haqda xəbər verib.

ABŞ-ın yüksək səviyyəli rəsmisi Avropaya hərbi qüvvə yerləşdirilməsi məsələsinin müzakirə edilməsinin hələ tez olduğunu bildirib.

Vaşinqtonda fəaliyyət göstərən Alman Marşall Fondunun direktoru Mixail Baranovski Dudanın Trampla görüşünün onun yenidən seçilmə perspektivlərini artıracağına ümid etdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG