Accessibility links

Tramp ağ millətçilərin nümayişindən öncə xalqı birlik olmağa çağırır


ABŞ paytaxtı və qonşu Virciniya ştatının rəsmiləri ölümcül zorakılıqlarla nəticələnən ağ millətçilərin yürüşünün birinci ildönümünə hazırlaşdığı bir vaxt, ABŞ prezidenti Donald Tramp şənbə günü birlik çağırışı edib.

“Biz xalq olaraq birlik nümayiş etdirməliyik", deyə Tramp Nyu Cersidəki qolf klubunda ikən Twitter hesabında yazıb. “Mən irqçiliyin və zorakılıqların bütün hallarını qınayıram. Bütün amerikalılara sülh” – o yazıb.

Tramp həmçinin qeyd edib ki, o, azlıqların həyatlarını yaxşılaşdırmaq üçün “mübarizə aparıb” və “BÜTÜN amerikalılar üçün mübarizə aparmağa davam edəcəyini”vəd edib.

Prezidentin ötən il Virciniyanın Şarlotsvil şəhərində baş verən etiraza reaksiyası kəskin qınaqlara səbəb olub, çünki o, Tramp Tower-də keçirilən mətbuat konfransında“hər iki tərəfdə çox yaxşı insanların olduğunu” söyləmişdi.

Kolumbiya Mahalının meri “hər bir resursdanistifadə edəcəyini vəd edib

Cümə axşamı Vaşinqtonun meri Muriel Bouser bazar günü Ağ Evin önündə yerləşən Lafayet Meydanı parkında keçiriləcək nümayişə hazırlıq məqsədilə fövqəladə əməliyyatların artırılması üçün sərəncam imzaladığını söyləyib. Əks-nümayişçilər də həmin park və yaxınlıqdakı digər məkanlarda toplaşmaq üçün icazə alıb.

Vaşinqton şəhərinin meri Muriel Bouser və Metropoliten Polis İdarəsinin sədri Piter Nyuşem
Vaşinqton şəhərinin meri Muriel Bouser və Metropoliten Polis İdarəsinin sədri Piter Nyuşem

“Bu o deməkdir ki, mən tədbirlərin təhlükəsiz keçirilməsini təmin etmək məqsədilə hər bir resursu istifadəyə hazır edəcəm” – deyə, o Vaşinqtonda bir sinaqoqda keçirilən mətbuat konfransında bildirib.

“Bəzi insanlar şəhərimizə nifrət saçmaq məqsədilə gələcək. Biz nifrəti qınayırıq. Biz anti-semitizmi və bu bazar günü eşidəcəyimiz ritorikanı qınayırıq” - o deyib.

Vaşinqton polis idarəsinin sədri Piter Nyuşem deyib ki, nümayişlərə silahların gətirilməsi qadağan olunacaq.

Virciniya qubernatoru Ralf Nortam və Şarlotsvil şəhərinin rəsmiləri həmin şəhər və Virciniya ştatının şimalındakı digər şəhərlərdə cümədən bazar gününədək fövqəladə vəziyyət elan edib.

Şarlotsvildə "Sağ Birləşdir" nümayişi
Şarlotsvildə "Sağ Birləşdir" nümayişi

Tamamilə hazır

Virciniya ştat polisinin nəzarətçisi Qari Settle deyib ki, həftəsonu 700-dən çox ştat polisi səfərbər olacaq.

Şarlotsvildə 2017-də “Sağı Birləşdir” (Unite the Right) nümayişi ağ supremasistlər və neo-nasist qruplar tərəfindən ABŞ Vətəndaş Müharibəsi zamanı

Birləşmiş Konfederasiya Ordusunun komandiri Robert Linin heykəlini sökmək planlarına etiraz məqsədilə təşkil edilmişdi.

Yürüşə əks-nümayişçilər də cəlb olunmuş və nəticədə iki qrup arasında çox qısa müddətdə qarşıdurma yaşandı. Bu qarşıdurma zamanı ağ supremasist Ceyms Aleks Filds Cuniorun maşını yüksək sürətdə izdihamın üzərinə sürməsi nəticəsində otuz iki yaşlı əks-nümayişçi Hezer Heyer həlak olub.

Daha sonra nümayişə nəzarət edən iki Virciniya ştat polisi hekopterlərinin qəzəaya uğraması nəticəsində həyatını itirib.

Şarlotsvildə maşın əks-nümayişçilərin üzərinə sürülür
Şarlotsvildə maşın əks-nümayişçilərin üzərinə sürülür

ABŞ prokuroru Tim Hefi Şarlotsvil rəsmiləri və ştat polisinin cavab tədbirlərini qınayıb və onların “insan həyatını qorumaqdauğursuzluğa uğradığını”bildirib.

Ötən ilki nümayişin təşkilatçısı Ceyson Kessler avqustun 12-də Ağ Ev yaxınlığında nümayiş keçirməyə Şarlotsvil şəhəri ona icazə verməyəndən sonra qərar verib.

Şarlotsvil Vaşinqtondan 187 kilometr uzaqlıqdadır, amma rəsmilər və ağ millətçilərin yürüşünün əleyhdarları bəzi etirazçıların Vaşinqton və yaxınlıqdakı Virciniya ştatının digər şəhərləinə gələcəyindən narahatdır.

“Əgər burada, Vaşinqtonda nə isə baş versə, bu, Şimali Virciniyaya da təsir göstərə bilər”, Nortam deyib.

XS
SM
MD
LG