Accessibility links

Tramp ABŞ Çin məhsullarına daha yüksək tariflərin tətbiqi ilə hədələyir


Çinin Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, ticarət müzakirələrinin növbəti raundunda iştirak etmək məqsədi ilə nümayəndə heyəti ABŞ-a səfər edir.

Bundan əvvəl ABŞ prezidenti prosesin çox uzun sürdüyündən şikayətlənib. Donald Tramp Çin məhsullarına daha yüksək tariflər tətbiq ediləcəyi ilə hədələyib.

Çinlə ticarət razılığına dair müzakirələr davam edir. Lakin çox yavaş irəliləyir. Onlar yenidən müzakirələr keçirmək istəyir. Xeyr!

Çinin XİN-nin sözçüsü Qenq Şuang müxbirlərə bildirib ki, Çinin Trampın yeni tarifləri ilə bağlı əlavə məlumata ehtiyacı var.

O, baş nazir müavini, Çinin nümayəndə heyətinin rəhbəri Liu Henin səfərə qatılacağına dair məlumat verməyib.

Bazar günü Donald Tramp Twitter hesabında yazıb ki, "Çinlə ticarət razılığına dair müzakirələr davam edir. Lakin çox yavaş irəliləyir. Onlar yenidən müzakirələr keçirmək istəyir. Xeyr!"

Tramp deyib ki, cümə günündən 200 milyard dollarlıq məhsula rüsum 10 faizdən 25 faizə qaldırılacaq. O, fevralda danışıqlarda əldə olunan irəliləyişə görə rüsumları 10 faiz səviyyəsində saxlamışdı.

Prezident “tezliklə” daha 325 milyard dollarlıq Çin məhsuluna 25 faizlik rüsum qoyacağını bəyan edib. Yəni bu, əslində Çindən Birləşmiş Ştatlara ixrac olunan bütün məhsulların əhatələnməsi deməkdir.

ABŞ-ın maliyyə naziri və ticarət nümayəndəsi Çinlə danışıqların növbəti raundunda iştirak etmək üçün keçən həftə Pekində olub.

Stiven Mnuçin və Robert Liqtizer ABŞ nümayəndə heyətinə rəhbərlik edib.

Çərşənbə günü onlar Çin prezidentinin iqtisadiyyat üzrə müşaviri və baş nazir müavini Liu He ilə görüş keçirib.

Görüşdə ABŞ-ın Çindəki səfiri Terri Branstad da iştirak edib.

Müzakirələrdən öncə Mnucin tariflərlə bağlı danışıqlarda əhəmiyyətli inkişaf əldə ediləcəyinə ümidini ifadə etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG