Accessibility links

Tramp ABŞ-ın Müstəqillik Günü diqqətini hərbi qüvvələrin qüdrətini nümayiş etdirməyə yönəldib


ABŞ prezidenti Donald Tramp 4 İyul Amerikanın Müstəqillik Günü münasibətilə tədbirlərə siyasi çalar qatmaqda ittiham edilir.

Vaşinqton mahalını təmsil edən demokrat qanunverici Eleanor Holms Horton deyib ki, “prezident 4 İyul günündən öz məqsədləri üçün istifadə edir.

“Bütün gün ərzində Donald Trampın iştirakı ilə bir partiyaya aid, siyasi təmtərağın şahidi olacağıq. Özü də Amerika vergi ödəyənlərin hesabına. Bu, ilk dəfədir ki, hansısa bir prezident 4 İyul günündən öz məqsədləri üçün istifadə edir. Vaşinqton şəhəri, Merilend və Virciniya ştatlarının sakinləri 4 İyul günündən belə istifadə edilməsini güman ki, qəbul etməyəklər.”

Eleanor Holms Norton deyib ki, “prezident Tramp tərəfindən 4 İyul münasibətilə gətirilmiş hərbi tanklar və ağır hərbi maşınların yollara vurduğu zərərin federal hökumət tərəfindən ödəniləcəyini gözləyir”.

Tramp bu il Müstəqillik Günü münasibətilə paytaxt Vaşinqtona tanklar, bombardmançılar və başqa zirehli texnikanın gətirilməsi haqda göstəriş verib.

Tənqidçilər prezident Trampın 4 İyul tədbirlərindən siyasi nüfuz məqsədilə istifadə etdiyini bildirirlər.

XS
SM
MD
LG