Accessibility links

Tramp: ABŞ-ın maraqları səudiyyəlilərin cəzalandırılmasından daha üstündür


ABŞ prezidenti bildirib ki, jurnalist Camal Xaşukçinin qətlinnə görə məsuliyyət daşısa belə, Səudiyyə Ərəbistanına arxa çevirmək böyük bir yanlışlıq olar.

Donald Tramp deyib ki, heç bir insan hüquqları narahatlığı milli təhlükəsizlik və iqtisadi maraqlara üstün gələ bilməz.

“Biz Səudiyyə Ərəbistanı ilə birgə dayanırıq. Krallığın İran və Rusiyaya qarşı müxalifliyi və Ər-Riyadın Amerikadan hərbi avadanlıq alması yüz minlərlə iş və milyardlarla dollar investisiya deməkdir”, prezident bildirib.

Krallığın İran və Rusiyaya qarşı müxalifliyi və Ər-Riyadın Amerikadan hərbi avadanlıq alması yüz minlərlə iş və milyardlarla dollar investisiya deməkdir

Tramp deyib ki, Russia və Çin bu hədiyyəni ala bilməyəcək.

ABŞ dövlət başçısı bunları bu gün Ağ Evdə Şükran tətilinə yola düşməzdən əvvəl müxbirlərə bildirib.

“Biz neft qiymətlərini aşağı saxlayırıq" deyən prezident əlavə edib ki, əks təqdirdə, yəni münasibətlərin kəsildiyi təqdirdə qiymətlər qalxa bilərdi.

Prezident dünya iqtisadiyyatını dağıtmaq istəmədiyini bildirib. O bunun ağılsızlıq ola biləcəyini də əlavə edib.

Şahzadənin qətldə əli olmasının mümkünlüyünə gəlincə, Tramp “ola da bilər, olmaya da” deyib. Bu sözlər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gəldiyi qənaətə ziddir. MKİ jurnalistin ölümünü birbaşa vəliəhd şahzadənin sifariş etdiyinə inanır.

Əvvəl Ağ Evin bəyanatında deyilmişdi ki, Tramp qanunvericilərin siyasi və digər səbəblərdən Ər-Riyada sanksiyalar tətbiq etmək niyyətindədirsə, bunu edə bilərlər deyib.

Senatın Xarici Əlaqələr Komitəsinin liderləri - Respublikaçı Bob Korker və Demokrat Bob Menendez Trampa məktub ünvanlayaraq, ABŞ qanunlarının Səudiyyə şahzadəsinin Xaşukçinin qətlinə əmr verdiyinə dair araşdırma aparılmasını tələb etdiyini xatırladıb.

Jurnalist İstanbuldakı konsulluqda oktyabrın 2-də qətlə yetirilib. Türkiyə dəfələrlə deyib ki, sifariş Səudiyyə hökumətinin “ən yüksək səviyyəsi”ndən gəlib, amma birbaşa Şahzadə Məhəmməd ittiham olunmayıb.

XS
SM
MD
LG